Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“Sülh quşu”nun yeni kürd, ləzgi, talış projesi -Rəsmi Bakı Rusiyanın “yeni SSRİ” tələsinə niyə düşmədi?

 

Moskvada kürdlərə, ləzgilərə, talışlara, abxazlara, osetinlərə Rusiya pasportu paylanmasının görünən və görünməyən tərəfləri; Kreml SSRİ-nin bərpası ideyasının yeni variantlarını gündəmə gətirib; Avrasiya Xalqları Assambleyasının I qurultayı niyə sədrsiz qaldı...


Yenixeber.org:  Mayın 27-29-da Moskvada Avrasiya Xalqları Assambleyasının I qurultayı keçirildi. Xatırlayırsınızsa, musavat.com təxminən 1 ay öncə bu təşəbbüs və qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin Rusiya İctimai Palatasında keçirilən yığıncağı haqqında yazmışdı.


Toplantıda müxtəlif ölkələrin təmsilçilərinin dilindən səslənən barış çağırışları simpatiya doğursa da, təşəbbüsün əsas dəstəkçisinin Kreml olması gerçək məramla bağlı ciddi suallar yaradırdı. Əcəba, nəzarətindən çıxmaq istəyən ölkələrdə milli zəmində münaqişələr yaradaraq asılılıq sürəcini bilinməzə qədər uzatmağa çalışan, ən yaxın tarixdə Krımı ilhaq edən, Ukrayna ilə faktiki savaş durumunda olan Rusiyanın birdən-birə Avrasiya kimi çox böyük bir coğrafiyaya özünü barış elçisi göstərmək istəməsinin arxasında nələr dayana bilər?


Avrasiya Xalqlarının İ qurultayı bu suala ətraflı cavab verdi - Kreml qonşuluq siyasətinə heç bir korrektə etməyib, Rusiyanın məqsədi bulunduğu coğrafiyada separatizmin əsas dəstəkçisi rolunu davam etdirməkdir.

 


Öncə onu deyək ki, bir sıra səbəblərdən Avrasiya Xalqları Assambleyası təşəbbüsünün özünü fiaskoya uğramış saymaq olar. O səbəbdən ki, Təşkilat Komitəsində təmsil olunan bir sıra ölkələr, eləcə də Rusiyanın nüfuzlu ictimai-siyasi xadimləri qurultaya təşrif etməmişdirlər. Görünür buna hazırlıq mərhələsində əsas niyyətin, yəni söhbətin barış təşəbbüsündən deyil, Rusiyanın patronajlığını daha geniş coğrafiyaya yaymaq ideyasından getdiyinin ortaya çıxması səbəb olmuşdu.


Məsələn, Qazaxıstan rəsmi şəkildə Təşkilat Komitəsinə Assambleyaya qatılmayacağı haqqında məktub göndərmişdi. TK-nın sədri Svetlana Smirnova bu haqda çox həvəssiz danışsa da, Rusiya tərəfin böyük pərtliyi ortadaydı. İş ondadır ki, Avrasiya xalqlarını barış təşəbbüsü ilə bir çətirin altına toplamaq ideyasının müəllifi Qazaxıstan prezidenti Nursultan Nazarbayevdir. Onun aprel ayında Moskvada keçirilən qurultaya hazırlıq toplantısına gələn müşaviri, uluslararası “Mədəniyyət üzərindən barış” qurumunun rəhbəri, bəstəçi Tolegen Muhomedcanov qurultaya ölkəsinin deyil, yalnız təşkilatının təmsilçisi kimi qatılmışdı. Halbuki, apreldə keçirilən toplantıda Qazaxıstan prezidenti Nazarbayevin Qazaxıstanın Assambleyaya geniş dəstək verəcəyi mesajı səsləndirilmişdi. Bundan başqa, Nazarbayevin və onun rusiyalı həmkarı Vladimir Putinin I qurultaya gələcəyi və hər ikisinin fəxri sədr seçiləcəyi haqqında danışılmışdı...

Maraqlı məqamlardan biri də Təşkilat Komitəsinin toplantısına qatılan İsrailin də qurultayda təmsil olunmaması idi. Səbəblərlə bağlı xeyli versiya olsa da, onlardan hansının həqiqətə daha yaxın olduğunu söyləmək çətindir. Şübhə doğurmayan bu qərarın geosiyasi duruma bağlılığıdır.


Xüsusi olaraq vurğulayaq ki, Kremlin Azərbaycanı bu projeyə cəlb etmək üzrə bütün təşəbbüsləri də boşa çıxdı. 2 ay boyunca Bakıdakı nüfuzlu şəxslərlə, Rusiyaya yaxınlığı və loyal münasibəti ilə seçilən qurumlarla yazışmalar, göndərilən dəvətlər, israrlı çağırışlar cavabsız qaldı. Son 1 ayda Kremllə Bakı arasında gərginliyin yüksəlməsi, Rusiyanın adının gah Azərbaycan ordusundakı hələlik gün üzünə çıxarılmayan bəlli prosesdə hallandırılması, bunun ardınca azərbaycanlıların Rusiyada ən nüfuzlu qurumlarından olan Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının məhkəmə qaydasında ləğv edilməsi buna təsirsiz ötüşmədi. Bəlkə də iki ölkə arasında gərginlik yuxarıda sadalanan səbəblər üzündən yüksəlməsəydi, Kremlin barış assambleyası tələsinə kimlərsə düşə bilərdi.

unnamed (1).jpg (43 KB)


Qurultayın ən ilginc tərəfi isə sədr postu ətrafında baş verənlər idi. TK-nın sədri S.Smirnova sədr, həmsədr postlarına namizəd kimi bir neçə nüfuzlu şəxsin adını çəksə də sonda onların heç birinin bu təşəbbüsü üstlənmək istəmədiyi ortaya çıxdı. Durumu Hindistanda uzun illər barış hərəkatını yürüdən Dalbir Sinqx qurtardı. Ancaq bu işin də əmması çıxdı - Sinqx sədr olmağa razılıq versə də, xəstəxanada yatdığı üçün qurultaya qatıla bilmədi... Hər halda, rəsmi izahat beləydi... Beləcə, sədr kürsüsü boş qaldı.

unnamed.jpg (5 KB)


Dalbir Sinqx haqqında qısaca onu deyə bilərik ki, o, Hindistan Milli Konqres Partiyasının sədridir. Rusiyada cənab Sinqxi Hindistan-Rusiya münasibətlərinin əsas fiqurlarından sayırlar. Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətləri olan Dalbir Sinqx ötən il Soçidə keçirilən Avrasiya İnteqrasiyası Konqresinə qatılıb, çıxışında səsləndirdiyi “Rusiya bizim böyük qardaşımızdır”, fikri Rusiya mediasının manşetlərini bəzəyib.

fa78d407-6152-4063-899f-df9a2bd17491.jpg (331 KB)


Qurultayda təşkilatçıları “əsəbdən tərlədən” daha bir məqam Təşkilat Komitəsinin bir gün öncə keçirilən toplantısında baş katib seçilən Andrey Belyaninovun isə “işi olduğu üçün” (heyrət!!!!) qurultaya gəlməməsi oldu...

unnamed (2).jpg (30 KB)


Belyaninov Rusiya Federal Gömrük Xidmətinə 10 il rəhbərlik edib. 2006-2016-cı illərdə görəvdə olan Belyaninov postunu general rütbəsindəykən tərk edib. Prezident Putinlə yaxın münasibətləri olduğu deyilən Belyaninov indi ictimai fəaliyyətlə məşğuldur. Maraqlıdır ki, Belyaninov sovet uşaq filmlərində çəkilib.

“Don Kixotun uşaqları” filmində baş rolu canlandıran Andrey Belyaninov realda “Don Kixotun yolu” ilə getməyib - iqtisadiyyat üzrə ixtisaslaşıb, Rusiya kimi nəhəng bir ölkənin Federal Gömrük Xidmətinin rəisi kimi önəmli bir posta qədər yüksəlib. Rusiyada onu prezident Putinin ən inanılmış şəxsi kimi tanıyırlar. Bu səbəbdən onun Assambleyanın I qurultayına gəlməməsi çox ciddi suallar yaradıb və görünən odur ki, hələlik bu suallara TK-nın rəhbərliyi də dəqiq cavab tapa bilməyib.


Ümumiyyətlə, barış təşəbbüsünün başına keçmiş gömrük generalını gətirmək kimi manyakal bir yanaşmanı Kremldən başqa haradan gözləmək olar?...


Sədr və baş katib kürsülərinin boşluğu qurultay salonunda ironik baxışmalar, deyingən pıçıldaşmalar yaratsa da toplantı baş tutdu və Rəyasət Heyətində Rusiya Diplomatları Assosiasiyası Şurasının sədri İqor Xalevinski, Fransa-Rusiya Dialoqu Assosiasiyasının vitse-prezidenti Bernar Loze sədr müavinləri olaraq əyləşərək prosesi sözün bütün mənalarında idarə etdilər.

e2d800a6-2f00-4800-ba1e-b6a4689bc1d0.jpg (262 KB)


Onu da qeyd etmək vacibdir ki, prezident Putin, Federasiya Şurasının sədri Svetlana Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, XİN rəhbəri Sergey Lavrov, Moskva meri Sergey Sobyanın qurultaya təbrik məktubları göndərmişdilər.


Sovetlər Birliyinin xiffəti bütün çıxışların ana xətti idi. Qurultayda səslənən çıxışlarda Rusiya istisnasız olaraq Avrasiya coğrafiyasında “sülh göyərçini” obrazında canlandırılırdı. Bu missiyanı ən uğurlu şəkildə həyata keçirənlərdən biri də Ermənistan təmsilçisi, Ümumdünya Erməniləri Konqresinin və Rusiya Erməniləri Konqresinin rəhbəri Ara Abramyan oldu. Ara Abramyan Kremlə hansısa barış təşəbbüslərinə görə o qədər təriflədi ki, sonda ona Assosiasiya adından “Barış elçisi” mükafatı da verdilər.


Ermənistanı qurumda təmsil edən daha bir şəxs Ermənistan İctimai Şurasının Din, diaspor və beynəlxalq inteqrasiya məsələləri Komissiyasının (komissiyanın adına diqqət. Ermənistanın dünya erməniləri ilə hansı xətt üzrə əlaqə yaratdığının bundan gözəl açıqlaması? ) sədri Ruben Safrastyan oldu. Onun qurultay kürsüsündən səsləndirdiyi sözlər də çox ilginc oldu: “Avrasiya hərəkatının yaradılması geniş bir coğrafiyada xalqların inkişafına xidmət edəcək. Bilirsizmi mən qurultaya niyə qatıldım? Cavab çox sadədir. Hamımızı Allah yaradıb, o bizə həmrəylik, ədalət, dostluq, barış kimi böyük ideyalar bəxş edib. Ancaq postmodernizm bu ideyaları məhv edib və mən bu quruma bu dəyərləri qaytarmaq çalışmalarına dəstək vermək üçün qatılmışam. Hər zaman barış ideyalarını dəstəkləyən Moskvanın bu təşəbbüsünü bütün sülhsevər xalqlar dəstəkləməlidir”.


Şərhə ehtiyac yoxdur...

b34cbc86-486e-4b83-8493-b219b0a9be8d.jpg (216 KB)


Bütün çıxışçıların baxış bucağında prosesin Rusiyanın patronajlığı altında yürüdülməsi ideyası dayanırdı. Bir tək istisna ünlü qazax yazar Oljas Süleymenovun çıxışı oldu. O, bu ideyanı dəstəkləyən bütün xalqların və dövlətlərin bərabərliyi prinsipindən söz açsa da fikirləri çoxsaylı “yaşasın Kreml!!!” xorunun ifasının kölgəsində qaldı...

Rusiyanın belə böyük qurultay-həngamə keçirməsinin əsas məramı isə qonşu salonda keçirilən Rusiya Xalqları Assambleyasının növbəti qurultayında açıldı. Avrasiya Xalqları Assambleyasının qurultayı çeşidli mövzular üzrə panellərdə davam edərkən Rusiya Xalqları Assambleyasının qurultayı işə başladı və bəlli oldu ki, Avrasiya Xalqları Assambleyası rəhbərliyi tam heyətlə bu qurumda təmsil olunur...

dd01b111-c768-4f7a-9c13-c066eb96e3a5.jpg (237 KB)


Qısa çıxışlardan sonra RXA-nın sədri S.Smirnova qurumun işində fəal iştirakına görə, “Rusiya talışlarının, Rusiya kürdlərinin, Rusiya ləzgilərinin, Rusiya osetinlərinin, Rusiya abxazlarının... ” təmsilçilərinə plaket və diplomlar təqdim etdi...

Rusiya talışları... Rusiya kürdləri... Rusiya ləzgiləri... Əcəba, onlar Rusiyanın hansı ərazilərində kompakt yaşayır və Rusiya qarşısında hansı xidmətlərinə görə ödülləndirilir? Bu məsələ ilə həmin xalqların kompakt yaşadıqları ölkələrin xüsusi xidmət orqanları məşğul olmalıdır yəqin ki...

6a881d35-0916-42c9-89f0-f930ac2930d9.jpg (255 KB)


Bu cür araşdırmalar üçün bir ipucu da verə bilərik - Rusiya son aylarda adı çəkilən xalqların təmsilçilərinə kütləvi şəkildə Rusiya pasportları paylayır. Kremlin bu projesinə qoşulanlar federasiya daxilində bir sıra imtiyazlar, o sıradan dövlət qulluğunda təmsilçilik, biznes imkanlarının genişləndirilməsi şansları əldə edirlər. Bu iki faktı dəyərləndirərkən Rusiyanın Avrasiyada barış təşəbbüsçüsü qiyafəsinə bürünərək Qafqazda separatizm ocaqlarını yenidən körükləmək niyyətini görməmək mümkün deyil.
Ayıq olmalıyıq...

Musavat.com

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam