Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Ceyranbatan qazsız qalıb:Kart problemini kim yaradıb?

 

Ceyranbatan qazsız qalıb: kart problemini kim yaradıb?

 

Artıq 3 aydır ki, Ceyranbatan ərazisində əhalinin bir hissəsi qazsız qalıb.

Yenixeber.org:  "Qaynarinfo"ya daxil olan şikayət məktubunda bildirilir ki, əhali artıq 3 aydır bu problemdən əziyyət çəkir. Sakinlərin sözlərinə görə, yeni sayğac üçün "Azəriqaz" İstehsal Birliyinə müraciət ediblər:  

"Onlar da bu məsələ üçün bizi "Qlobal MMC" şirkəti ilə əlaqələndirib. 1 ay müddətində quraşdırılmalı olduqları sayğacı iki ay gecikdirdikdən sonra nəhayət quraşdırdılar. Lakin məsələ bununla həll olunmadı. İndi də kartları vermirlər. Bununla bağlı "Azəriqaz" İstehsal Birliyinə müraciət etdik. Onlar da kartları "Qlobal MMC"nin verməli olduğunu dedilər. MMC isə deyir ki, "Biz yalnız sayğacların quraşdırılmasına baxırıq".

Məsələ ilə bağlı "Qaynarinfo" "Azəriqaz" İstehsal birliyinin "185" çağrı mərkəzi ilə əlaqə yaradıb. Sayta daxil olan şikayəti dinləyən operator Hüseynovanın cavabı velə olub: 

"Bu məsələyə "Azəriqaz" İstismar Birliyi baxmır. Sayğacı özəl şirkətlər quraşdırır. Siz podratçılarla əlaqə yaradın. Əgər vətəndaşın həmin özəl şirkətlə müqaviləsi varsa, bu barədə hüquq mühafizə orqanlarına müraciət edə bilərlər". 

"Azəriqaz" İstehsal Birliyinin əməkdaşı bizə "Qlobal MMC" şirkətinin nömrəsini də verdi. Eyni sualla podratçı təşkilata müraciət etdik və onlar da məsuliyyəti öz üzərilərindən atdılar: 

"Kartları "Sayğaclar Departamenti" təqdim edir. Biz sayğacları quraşdırdıqdan sonra həmin departamentə məktubla müraciət edirik. Kartı onlar hazır edir və sonra vətəndaşa təqdim edir". 

Adı çəkilən departamentlə əlaqə saxlamağa çalışsaq da bizə açıqlama verən tapılmadı. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam