Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Putinin yanında zəhərdaşıyan kərtənkələlər var”-Deputat

qudret

 

“Rusiya Ali Məhkəməsinin ÜAK-la bağlı çıxardığı qərar məni sarsıtdı. Çox təəssüf ki, Vladimir Putinin yanında həm azərbaycanlı, həm erməni, yarı erməni, yarı rus Azərbaycana münasibətdə zəhərdaşıyan kərtənkələlər var“.

Yenixeber.org:   Bunu millət vəkili Qüdrət Həsənquliyev deyib.

O qeyd edib ki, Tərtərdə bir qrup hərbçi xüsusi xidmət orqanları tərəfindən ələ alınıb Azərbaycanda təxribatlar törətmək istəyirmişlər: “Hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti bununla bağlı dinləmə keçirməlidir. Müdafiə naziri, baş qərargah rəisi də ciddi şəkildə iştirak etməlidir və bu məsələdə Rusiyanın izi araşdırılmalıdır”.

Deputat deyib ki, Rusiya Ermənistan ümumqoşun birləşmələri Ermənistanın ali baş komandanının əmri ilə hərəkət  edəcək: “Hətta Serj Sarkisyana sual verirlər ki, Putin sizi dayandıra bilərmi, deyir yox. Bu onu göstərir ki, təkcə Ermənistan yox, Rusiya hərbçiləri də bizə qarşı dayanıb. Rusiyada təhsil alıb Azərbaycan ordusunda xidmət edən hərbçilər yoxlanılmalıdır. Xüsusi əməkdaşlığa cəlb olunan hərbçilərə Rusiya ərasizində maliyyə verilirmiş. Bu məsələ çox ciddi araşdırılmalı və  Rusiyanın rolu öyrənilməlidir”.

O sonda bildirib ki, Azərbaycan Rusiyadan ən çox silah alan dövlətdir. Ötən prezident seçkilərində Rusiya Azərbaycana qarşı təxribatlar hazırlayıb: “Seçki yaxınlaşdıqca təxribat meyilləri artmağa başlayır. Azərbaycan dövləti sözünü deməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam