Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

"Kartlardan vəsaitlərin nağdlaşdırılmasının qadağan edilməsi çətinliklər yaradacaq" -İqtisadçı bankları günahlandırdı

 

İqtisadçı Vüqar Bayramov bankların sahibkarlar üçün nəzərdə tutulmuş plastik kartlardan nağdlaşdırmanı dayandırmasını qanundan kənar olduğunu bildirib.

Yenixeber.org:   İqtisadçı bankların “Nağdsız hesablaşmalar haqqında” qanunda nəzərdə tutulan nağdsız hesablaşmalara tətbiq edilən limitlərlə əlaqələndirməsini doğru saymır:

“Əslində, bu addım qanunvericilik tələblərinin pozulması deməkdir. Çünki qanunvericilik nağdsız hesablaşmaları qadağan etmir, məhdudlaşdırır. Məhdulaşdırma isə heç də qadağanın tətbiq edilməsi anlamına gəlmir və gəlməməlidir. Əvvəllər də qeyd etdiyimiz kimi, mövcud infrastruktur sadələşdirilmiş vergi subyektləri üçün 15, əlavə dəyər vergisi ödəyiciləri üçün müəyyənləşdirilmiş 30 min manatlıq limitlərin tətbiqinə tam hazır deyil”.

 

Ekspert qeyd edib ki, kartlardan nağdılaşdırmaya tətbiq edilən qadağa da məhz bununla bağlıdır:

“Təbii ki, iqtsadçı olaraq hər zaman nağdsız ödənişlərin genişləndirilməsini dəstəkləmişəm. Amma bu tip islahatlar biznesin inkişafına maneə olmadan mərhələli şəkildə həyata keçirilməlidir. Kartlardan vəsaitlərin nağdlaşdırılmasının qadağan edilməsi, xüsusən də regionlarda nümayəndəliyi olan şirkət və təşkilatlar üçün çətinliklər yaradacaq. Bu əslində şirkətlərə plastik kartlar, yəni nağdsız şəkildə öz tərəfdaşlarına və nümayəndəliklərinə ödəniş imkanı verirdi. Bu baxımdan, qanunvericiliyin mövcud tələblərinə əsasən kartlardan pul çıxarılmasının qadağan edilməsi deyil, limitlər daxilində məhdudlaşdırılmasına ehtiyac var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam