Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Tramp-Putin görüşündən ciddi nəticə gözləyirik" –Sergey Lavrov

lavrov_(4)

 

 

ABŞ lideri Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında baş tutacaq görüş konkret nəticələrin əldə edilməsi üçün vacibdir.

 Yenixeber.org:   Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Mir” televiziyasına açıqlamasında deyib.

“Sözügedən görüş hər hansı xarici təsirlərin, yaxud sensasiyanın yaradılması üçün keçirilmir. Liderlər sadəcə salamlaşmaq, yaxud ikili əlaqələr barədə nə düşündüklərini danışmaq üçün görüşmür. Bu görüş konkret nəticələrin əldə edilməsi üçündür. Təbii ki, Rusiya və ABŞ kimi beynəlxalq arenaya təsiri olan ölkə liderlərinin görüşündən hər kəs nəticə gözləyər. Ona görə də ciddi şəkildə hazırlıq işləri ilə məşğuluq”, – XİN rəhbəri bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Putinlə Tramp 30 dəqiqəlik telefon danışığı aparıb. Prezidentlər Suriyada terrorizmə qarşı mübarizənin koordinasiyası, Şimali Koreyadakı vəziyyət, həmçinin Hamburqda iyul ayında keçiriləcək G20 sammitində görüşmək imkanlarını müzakirə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam