Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Siz öncə Fransada fövqəladə vəziyyəti rejimini ləğv edin" -Ərdoğan Avropa İttifaqına xəbərdarlıq etdi

recep_tayyip_erdogan_150412_albom_2

 

“Avropa İttifaqının Türkiyənin üzvlüyü ilə bağlı yeni müzakirə başlıqlarını açmaqdan başqa çarəsi yoxdur”.

 

Yenixeber.org:  NTV-yə istinadən məlumata görə, bu sözləri qurucusu olduğu hakim Ədalət və İnkişaf Partiyasına yenidən üzv olması ilə bağlı keçirilən mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan deyib ki, əgər Avropa İttifaqı bu addımı atmazsa, o halda qurumla vidalaşacaqlar: “Türkiyə qapı qulu deyil. İndiyə qədər hansı öhdəliklər götürmüşüksə, həmin öhdəlikləri yerinə yetirmişik. Dünən xəbər tutdum, bu yaxınlarda keçiriləcək NATO sammitində bizimlə görüşmək istəyirlər. Amma 5 tələb sayıblar, biri fövqəladə vəziyyət rejiminin ləğv edilməsidir. Siz öncə Fransada fövqəladə vəziyyəti rejimini ləğv edin. Fransada 10-15 terrorçu öldürüldü, buna görə fövqəladə vəziyyət rejimi elan etdilər. Türkiyədə dövlət çevrilişi cəhdi olub, 249 şəhidimiz, 2193 qazimiz var. Türkiyə fövqəladə vəziyyət rejimi elan edə bilməyəcək?! Belə bir şey ola bilərmi?”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam