Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Əsas hədəf Suriya, İraq, Qətər deyil, Türkiyədir" -Ərdoğan

 

receb-tayyib-erdogan-recep-tayyib-erdogan

“CHP hakimiyyətinin azərbaycanlı qardaşlarımızı Boraltan körpüsündə ölümə təslim etdiyini unutmadıq”

Yenixeber.org:   Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əsas hədəfin Suriya, İraq, Qətər deyil, Türkiyə olduğunu bəyan edib.

Məlumata görə, R. T. Ərdoğan Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında təşkil edilən “15 Milli iradənin zəfəri” mövzusunda paneldə çıxışında deyib ki, Türkiyənin Suriya, İraq və Qətərlə nə üçün maraqlandığını deyənlər var.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun belə mövqedən çıxış etdiyini qeyd edən R. T. Ərdoğan deyib ki, məsələnin Türkiyə olduğunu anlamayıb, Ankaradan İstanbula yürüş keçirənlərə Allah ağıl versin: “15 iyul mübarizəmizin zirvəsidir. Bu mübarizə davam edəcək. CHP sədri deyir ki, həbs olanlar azad edilsin, fövqəladə vəziyyət rejimi ləğv olunsun. Bu sözlərdən məmnun olanlar FETÖ-çülər, PKK terrorçularıdır. Məhkəmələrimiz hərbi çevrilişdə iştirak edənlərə və onlara dəstək verənlərə cəzalarını verənə qədər bu mübarizə davam edəcək. Fövqəladə vəziyyət rejimi terror təşkilatları ilə mübarizəyə ehtiyac qalmayana qədər davam edəcək. CHP hakimiyyətinin azərbaycanlı qardaşlarımızı Boraltan körpüsündə ölümə təslim etdiyini də unutmadıq “.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam