Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“BMT-nin Təhlükəsizlik Şurasında ədalət yoxdur” -Türkiyə Prezidenti (VİDEO)

erdogan-1

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistan səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasını (TŞ) sərt şəkildə tənqid edib.

Yenixeber.org: Türkiyə mətbuatına istinadən xəbərə görə, Camia Millia İslamia Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsi mərasiminə qatılan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bildirib ki, BMT-nin TŞ-da ədalət yoxdur: “BMT-nin TŞ-dan gözlənilən nədir? Ədalətdir. Amma Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ədalət varmı? Əsla, belə bir şey yoxdur. Ərdoğan bunu dediyi zaman sərt olur, sevilməz olur. Biz kimə özümüzü sevdirəcəyik? Biz, dünyada zərərçəkmiş məzlumlara özümüzü sevdirə biliriksə, bu bizə yetər”.

Mərasimdə Ərdoğan qeyd edib ki, milyona yaxın insanı öldürən Əsəd hazırda Suriyaya rəhbərlik edirsə, artıq bununla bağlı BMT-yə deyiləsi sözü qalmayıb: “Əsəd suriyalıları bombalamağa davam etsə, biz qapımızı onların üzünə bağlamayacağıq. O bombalardan, kimyəvi silahlardan qaçan insanlara əgər qapılarımızı bağlasaq, o zaman bizim bu zalımlardan fərqimiz olmaz. Bu zülmə xatir zülmdür”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam