Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

"Rəsul Quliyevin dedikləri uydurma sözlərdir" -Ayaz Mütəllibovdan Rəsul Quliyevə sərt cavab

 

Milli Məclisin eks-spikeri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev 1995-ci ilin mart qiyamı, onun başlanma səbəbləri barədə danışıb.

Yenixeber.org:   O, jurnalist Sevinc Osmanqızına müsahibəsində mart hadisəsinin 1994-cü ilin oktyabrındakı dövlət çevrilişinə cəhdin davamı olduğuna eyham vurub.


“1994-cü ilin oktyabrında da qiyam olmuşdu. Bu qiyamı həyata keçirən Surət Hüseynov oldu və onu təşkil edən ruslar idi. Ruslar yenidən Surət Hüseynov - Mütəllibov kartını ortalığa atmışdılar. Onları hakimiyyətə gətirmək yolu ilə kontraktın nəticələrinə (“Əsrin müqaviləsi”ni nəzərdə tutur-red.) yenidən baxmağa cəhd göstərmək istəyirdilər”-deyə Rəsul Quliyev bildirib.

 

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov məsələ ilə bağlı Modern.az saytına açıqlama verib.

 

“Mənim belə bir şeydən xəbərim olmayıb. Qətiyyən belə bir şey olmayıb. Rəsul Quliyevin dedikləri uydurma sözlərdir”-deyə eks-prezident söyləyib.

 

Ayaz Mütəllibov Rəsul Quliyevin mətbuatda tez-tez ona qarşı danışmasına da münasibətini açıqlayıb. Eks-prezidentin sözlərinə görə, Rəsul Quliyevin bu qərəzinin haradan qaynaqlandığını bilmir.

 

“Rəsul Quliyev müəyyən çıxışlarla öz-özünü həvəsləndirir. Amma mən onun səviyyəsinə enmək istəmirəm”.

 

Sabiq prezident daha sonra əlavə edib:

 

“Ümumiyyətlə, mənim adımı çəkmək dəb halını alıb. Hər dəfə mən özüm də mətbuatdan uzaqlaşıram. Kimsə nəyisə dilinə gətirirsə, bunun nəticəsini məndən soruşurlar. Belə də, süni şəkildə dialoq yaranır. Amma ortada da bir şey yoxdur. Rəsul Quliyev haradan bilib ki, mən o zaman Azərbaycana gəlməli idim?! Və ya Rusiya məni bura göndərəcək?! Mən çamadanam ki, hara gəldi göndərsinlər?! Ağıldankəm adamlar ağızlarına gələni danışırlar”.

Ayaz Mütəllibov onu da vurğulayıb ki, Rəsul Quliyevlə heç zaman görüşməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam