Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Qayıdışım hakimiyyətə heç bir təhlükə yaratmır”

img1489692

“Mənə qarşı açılmış “cinayət” işinin əsas müddəları ilə Azərbaycanı tərk etməzdən bir gün öncə indi sizlərin yaxşı tanıdığınız şəxslərin iştirakı ilə tanış edilmişdim”

Xeberinfo.com:   Azərbaycan parlamentinin eks-spikeri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev ölkəyə gəlmək istədiyini, amma ona maneə yaradıldığını qeyd edib.

Rəsul Quliyev bu barədə Modern.az saytına açıqlama verib. O deyib ki, heç vaxt müəyyən şərtlər çərçivəsində Azərbaycana gəlmək üçün kiməsə müraciət etməz.

“Heç vaxt etmədiyim “cinayət” işinə görə əfv olunmağımı xahiş etmərəm. Kiminsə diktəsi ilə müəyyən addımlar atmağa razılıq vermək şərti ilə yaşamaqdansa, ölməyə üstünlük verərəm. Mənə qarşı açılmış “cinayət” işinin əsas müddəları ilə Azərbaycanı tərk etməzdən bir gün öncə indi sizlərin yaxşı tanıdığınız şəxslərin iştirakı ilə tanış edilmişdim.

Yəni “özünü yaxşı aparmasan, bu cinayət işi açılacaq” xəbərdarlığını almışdım. “Burada yazılanların hamısı yalandır, bunu necə edəcəksiniz” sualıma “sən ağıllı adamsan, bunu necə etməyin çox asan olduğunu bilirsən” cavabı verilmişdi”.

Milli Məclisin keçmiş sədri bildirib ki, ona qarşı qaldırılan cinayət işinin 100 faiz saxta olduğunu hökumətdə bilməyən yoxdur.

“Mən xaraktercə dediyim sözə həmişə əməl edən adam olmuşam və belə də qalacağam. Hamı mərhum prezident Heydər Əliyevdən üz döndərəndə mən onu Vəzirov, Mütəllibovun hədə-qorxusuna, terror etmək cəhdlərinə baxmayaraq, axıra qədər müdafiə etdim.

Elçibəy hökumətində də nazirlər bu işi davam etdirdilər, ancaq mən fikirimdən geri dönmədim. Parlament sədri seçiləndə iki cümləlik çıxış etdim. Dedim ki, mən Heydər Əliyevin siyasəti ilə razılaşmayanda istefa verəcəyəm.

1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində onu sözün əsl mənasında müdafiə edən nə ərtrafındakılar, nə də nazirləri oldu, yalnız mən oldum”.

Rəsul Quliyev Heydər Əliyevlə yollarını ayırmasının səbəbləri barədə də danışıb:

“1996-cı ildə 3 məsələdə bizdə kəskin fikir ayrılığı yarandı. Bu, korrupsiya ilə rüşvət, Qarabağ probleminin həlli və demokratiyanın inkişafı məsələləri idi. Verdiyim sözə əməl edib, dava- qırğınsız, xoşluqla istefa verib getdim. Xaricdə yaşadığım dövrdə heç vaxt zorla hakimiyyətin dəyişdirilməsi ideyasını dəstəkləmədim.
Mən həmişə bunun əleyhinə olmuşam. Hakimiyyətin məni respublikaya buraxması onun üçün heç bir təhlükə yaratmır”.

R.Quliyev Azərbaycanda yaşayıb-yaşamamağından asılı olmayaraq, hökumətin və müxalifətin hansı addımlarının doğru, hansıların səhv olduğunu analiz edən yazılarını davam etdirəcəyini də vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam