Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

“RƏSUL QULİYEV MÖVZUSU QAPANDI…” –“Mütəllibov kimi sakit oturacağına təminat…”

 

resul-quliydfgfh

Yenixeber.org: “Rəsul Quliyev özü kompromisə getməyə hazır ola bilər, bu istiqamətdə açıq və gizli mesajlar da Bakıya göndərə bilər. Bunun xatirinə müxtəlif siyasi qüvvələrə qarşı doğru və ya qeyri-doğru çıxışlar da edə bilər. Amma hakimiyyətin Rəsul Quliyevlə barışacağına və onun ölkəyə dönüşünə yaşıl işıq yandırılacağına inanmıram”.

qabil-huseynovMəlumata görə, bunları keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli eks-spiker Rəsul Quliyevin hakimiyyətlə razılıq əsasında Azərbaycana dönməsinin mümkünlüyünü şərh edərkən bildirib.

O, “musavat.com” saytına açıqlamasında Ayaz Mütəllibov kimi, R.Quliyevə də belə bir güzəştin ediləcəyinə inanmadığını deyib: “Rəsul Quliyevin ölkəyə gəlib Ayaz Mütəllibov kimi sakit oturacağına təminatın olmadığını hakimiyyət bilməmiş deyil. Hesab edilir ki, Rəsul Quliyev gələndən sonra sakit oturacağına söz versə belə, bir müddət sonra sözünə əməl etməyəcək. Çünki o, təbiət etibarilə elə adamdır ki, mütləq siyasi aktivliyə və ya hər hansı bir siyasi karyera uğrunda mübarizəyə qoşulmağa həvəsli olacaq. Bu isə iqtidar üçün müəyyən problemlər yarada bilər. Bu və ya digər məsələlərə görə hesab edirəm ki, Rəsul Quliyevin qayıdışı reallaşmayacaq, bu mövzu qapanmışdır”.

Q.Hüseynli hakimiyyətdə olduqları dövrdə R.Quliyevin aktiv tərəfdarı olub. O, hakim komanda daxilində eks-spikerin prezidentlik təbliğatını apardığı, həmçinin, dönəmin AzTV sədrinə bu istiqamətdə gizli tapşırıqlar verdiyi üçün vəzifəsindən uzaqlaşdırılmışdı.

resulLakin indi o, tamamilə haqlıdır. Hakimiyyətin nə vaxtsa R.Quliyevlə anlaşaraq, onu ölkəyə buraxacağı inandırıcı deyil. Heç buna hər hansı zərurət də yoxdur. Digər tərəfdən isə, Nyu-York kimi bir şəhərdə ailəsinin, yaxınlarının əhatəsində kifayət qədər təminatlı həyat sürən Rəsul Quliyevə də Ayaz Mütəllibov kimi Bakıya qayıtmaq lazım deyil. O, Bakıya birmənalı şəkildə məhz özünün siyasi ambisiyalarını reallaşdırmaq üçün dönmək istəyir. Hakimiyyət də bunu yaxşı bilir. Ona görə də, heç vaxt güzəştə getməyəcək.

Yeganə yol R.Quliyevin heç nədən çəkinmədən, adi reyslə, sakitcə ölkəyə dönməsi və hakimiyyəti fakt qarşısında qoymasıdır. Həbs təhlükəsi qarşısında bunu heç vaxt etməyəcəyini isə eks-spiker dəfələrlə nümayiş etdirib.(azpolitika)

Rasim ƏLİYEV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam