Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Bizim son məqsədimiz regionda sülhün və sabitliyin möhkəmləndirilməsidir" -Putinlə Ruhani görüşü

 

Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə görüşündə sonuncu dəfə Bakıda keçirdikləri görüşü xatırladıb.

Yenixeber.org:  V. Putin H. Ruhaninin Moskvada görməkdən çox şad olduqlarını deyib:

“Rusiya və İranı uzun illər bağlayır. Biz 500 ildən çoxdur ki, diplomatik münasibətlərə malikik. İran bizim mehriban qonşumuz və etibarlı, sabit tərəfdaşımızdır. Biz praktiki olaraq bütün istiqamətlərdə effektli əməkdaşlıq edirik. Bu, beynəlxalq fəaliyyət, çoxtərəfli çətin problemlərin həlli və iqtisadiyyat sahəsindəki işlərdir. Son illər bütün bu istiqamətlərdə önəmli nəticələr əldə edirik. Əminliklə demək olaraq ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 70 faiz artıb. Bu, müasir mürəkkəb iqtisadi şərtlərdə nadir hadisədir". 

Həsən Ruhani isə çıxışında Moskvada qonaq olmaqdan şad olduğunu söyləyib:

“Bu, yeni ildə bizim ilk xarici səfərimizdir. Bu, bizim əməkdaşlığımızın inkişafını göstərir. Son üç il yarımda münasibətlərimiz addım-addım müsbət inkişaf edib. Mən arxaya baxan zaman hər son görüşümüzdən sonra bizim uğurlar əldə etdiyimizi görürəm. Münasibətlərimiz yeni mərhələyə qədəm qoyub. Bu yeni mərhələdə biz münasibətlərimizin yeni keyfiyyəti haqqında danışa bilərik. Ümid edirəm ki, bu səfər çərçivəsində əməkdaşlığımızın inkişafı üçün yeni addımlar atılacaq. Bizim son məqsədimiz regionda sülhün və sabitliyin möhkəmləndirilməsidir. Bizim münasibətlərimizin inkişafı üçüncü ölkəyə qarşı istiqamətlənməyib”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam