RƏSUL QULİYEV!
Yenixeber.org: Əvvəlcə bunları xatırlatmaq istəyirəm ki, hec bir partiyanın üzvü deyiləm, nə də dərin hörmət bəslədiyim Cəmil Həsənli ilə qohumluq əlaqələrim yoxdur və bir bölgədən də deyilik. Mən demək olar ki, ömrümün son illini, yaxud illərini yaşayıram.
Bir qədər fikirləşdikdən sonra Cəmil Həsəliyə qarşı şər dolu məktubuna cavab verməyi özümə borc bildim.
Sizin yox, sənin 18.02.2015-ci il tarixdə yayımlanmış “Üçüncü dünya müharibəsi qaçılmaz olacaq” adlı zay yazına rast gəlib mütaliə etdim.Münəccimlikdən, fala baxmaqdan başqayazdığında ağıla batan bir fikir yox idi. Ona görə belə deyirdim ki, müharibə edənlər Yer kürəsini külə çevirib harada yaşayacaqdılar.
Bundan başqa sən keçmişlərdə respublikada neft mənimsəməsi ilə məşğul olanda bir nəfər fəhlənin üzünüzə dayananda zarıyib, mızıldayıb-ə özəlləşdirmə deyirsiniz də, indi hər şeyi özəlləşdiririk,- deyəucuz, izahatsız və sübutsuz cavab verməyin hələ də yadımdadır.Düz yolda olmadığını gec də olsa anlayıb,müalicə adıyla respulikanı tərg etdin.Sonralar respublikaya gəlmək istəsən də buna nail ola bilmədin və sənı lazımsızbir tullantı kimi gəldiyin yerə kimi qovdular.
İndi Cəmil Həsənli kimi qürurlu bir şəxsiyyətə ləkə atmağa çalışırsan.Qanacaq, mərifəti, məzhəbi unudub ləyaqətsiz danışrsan.Səni ancaq Qobustan rayonu “İlanlı bəylər”inə məxsus qəbristanlıqda gizlədilmiş qızıl ehtiyatlarını ələ keçirtmək ücün məzarlıqların altını üstünə çevirən mənliklərini itirmişlərlə müqayisə etmək olar.İndi sən Rəsul, danışıb fikir yürüdəndə ağzınla haranınlasa dəyişik salırsan. ABŞ-da yaşayan C.Həsənli yox, 10 ildən çox yaşayan sənsən.ABŞ hökuməti hər halda səni də, Cəmil Həsənlini də yaxşı görür və kimi hörmətli tutmağı da çox yaxşı bilir.
Cəmil Həsənlidə olan danışıq-nitq keyfiyyəti, vahid və sağlam düşünülmüş əqidə, çəsarət, neçə illəri qabaqcadan görmə, dərin siyasi anlam tək-tək insanlarda olur. Vəfa Quluzadə gedib. İndi müxaliflər içərisində və siyasi elmlər sahəsində sayılıb seçilən və dünya niqyasında tanınan C. Həsənli kimi vətən oğlu var.Bütün dünyanın elm mərkəzləri keçmiş ittifaqın tarixini sənin cızmaqaralarından yox, C.Həsənlinin yazdığı kitablardan öyrənirlər. Axı niyə anlamaq istəmirsən ki, C. Həsənlidə olan səviyyə, dəyanət, məğrurluq səndə yoxdur.
Rəsul, bir Atalar sözünü sənə xatırlatmaq istəyirəm. Deyiblər: “Vuruşanda elə vuruş ki, barışmağa üz yeri qoyasan”. Gec-tez respublikaya qayıdacaqsan, bax onda C.Həsənliyə nahaqdan atdığın şərlərdən xəcalət çəkib onun üzünə baxa bilcəksənmi? Dostum, bir elm insanından aldığım məlumata görə C.Həsənli dəsənə məktub yazıb...Rəsul, birikmək əvəzinətəhqir dolu məktub yazmaqla nəsə əldə etmək, nəyəsə nail olmaq mümkündürmü?
Quliyev Elxan Sarı o.