Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rəsul Quliyevdən Cəmil Həsənliyə ağır sözlər -QALMAQAL

 

ABŞ -da yaşayan eks-spiker Rəsul Quliyevlə Milli Şura rəhbəri Cəmil Həsənli arasında günlərdir, davam edən söz atışması dayanmır.

Yenixeber.org:  Belə ki, Rəsul Quliyev Cəmil Həsənliyə xitabən "Bütün həyatı boyu heç bir xeyirli işlə məşğul olmayan, bu gün xalqa xidmət edən bir tələbə belə yetirməmiş, heç kimin oxumadığı, sifarişlə yazılmış kitablarına görə özünü ''professor'' adlandıran psixikası pozulmuş şəxs yeni çızma-qarasında bir daha daxili əxlaqsızlığını nümayiş etdirir" - deyə vurğulayıb: "Elə bil prezident seçkilərindən sonra 6 ay "prezident mənəm, 65 faizlə udmuşam" deyən təlxək mən olmuşam, bu yox. "Oğurlayanı oğurla" bədnam şüarının müəllifi elə bil bu deyil, kimsə başqasıdır. Saxta sənədlərlə "invalidlik" statusu alan və vaxtından qabaq özünə pensiya təşkil edən (çox ehtimal kimlərəsə rüşvət verib) insan bu şərəfsiz deyilmiş.

Mənim onu Londana dəvət etdiyimi iddia edən bu yazıq dediyini sübut edə bilərmi, əsla yox. Əgər azda olsa insanlıq keyfiyyətinə maliksə kimin vasitəsilə mənim bu işi gördüyümü desin. Əgər deyə bilmirsə utanıb xəcalət çəksin.

Mən bu insanı birinci dəfə Vaşinqtonda kiminsə vasitəçiliyi ilə Türk restoranında görmüşəm. Ona qədər və ondan sonra yəni 2013-cü ilə qədər belə bir adamın olduğunadan belə xəbərim olmayıb. Vaşinqtonda onun mənə verdiyi kitabla tanış olmuşdum və orada M.Bağırovla əlaqədar yazdıqlarının səhv olduğunu demişdim. Bu insan hələ də yalan danışmağın nə qədər Azərbaycan xalqının imicinə ziyan vurduğunu anlamır və bu yalanları deməkdə davam edir. Bu adama "30 milyard pul olan yerdə 100 milyard oğurlamaq mümkün deyildir"i başa salmaq mümkün deyildir. Və belə bir insan prezident olmaq arzusuna düşmüşdü".

Rəsul Quliyev daha sonra qeyd edib: "Kimdir, bu professor "Azadlq" qəzetində ağzına gələni yazan və bu qəzetdə heç bir cavab ala bilməyəcəyinə əmin olan bədbaxt. Adam Simiti mənim mazut satmağımla eyniləşdirən bir bədbaxtın özünü ''professor'' adlandırması azad bazar iqtisadiyyatına təhqirdən başqa bir şey deyildir. Bu adam Şanxayda olduğundan, orada fəaliyyətindən fəxrlə danışır. Bu insan Cində komunist diktaturasının hökm sürdüyündən xəbərdardır, görəsən.

Mən əminəm ki, onun növbəti çızma-qarası Cin diktaturasının şəninə həsr olunacaq. Bir sözlə bundan sonra bu insana cavab verməyi özüm üçün təhqir qəbul etdiyimdəm xahiş edirəm, yazılarını davam etdirsin. Mən həyatımda onlarla akademik (sovet ittifaqı və respublikada) və yüzlərlə normal professorlarla işləmişəm. Bu özünü professor adlandıran "aşağı problu adam"la polemikaya girmək istəmirəm. Çünki o səviyyəli adamların məni anlamaq şansı yoxdur".

Musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam