Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MİLLİ ŞURAYA AÇIQ MƏKTUB

MİLLİ ŞURAYA AÇIQ MƏKTUB

 

Yenixeber.org:  Saytda əksini tapan müsahibələrini, çıxışlarını oxuyur və daim onlar haqqında düşünürəm. Sıralarında şəxsən Cəmil Poladxan oğlu Həsənlini tanıyıram. Ona şəxsi münasibətimi altıncı kitabımda (HAQQ-ƏDALƏT SORAĞINDA)  “ƏQLİ MÜLK TÜKƏNƏNDƏ...” publisistik yazımda və “CƏMİL” adlı müxəmməsimdəbildirmişəm. Bu yazdıqlarımla Cəmil Həsənlinin kim və hansı səviyyənin  sahibi olduğunu oxuculara çatdırmaq istəmişəm.

Cari ilin mart ayında Rəsul Quliyevin ona ünvanladığı səviyyəsiz məktubuna cavab olaraq 22 mart,  01 aprel tarixlərdə “Rəsul Quliyev!” və “Rəsul, siyasətdə xamsan”kimi tənqidi yazılarım “Xeberinfo.com” saytında dərc olunubdur.

Mən istərdim ki, MİLLİ ŞURA müstəqil bir təşkilat olmaqla yanaşı “MİLLİ ŞURA” adında  mətbuatı və saytı da olsun.

Yazılanlardan və orada çalışanların çıxışlarından aydın olur ki, MİLLİ ŞURA-da fəaliyyət göstərənlər dərin idrak sahibidirlər. Ancaq bəzən belə də olur ki, həmkarların heç nədən sözləri və yaxud mövqeləri uyğun gəlmədiyindən kimisi MİLLİ ŞURAN-ı tərg edir və yaxudyersiz bir-birilərinə iradlar tuturlar.

MİLLİ ŞURAYA AÇIQ MƏKTUB

Bir tarixi faktı həmin şəxslərin diqqətinə çatdırmaq istəyirəm.Rusyada Kommunist partiyası yenicə fəaliyyət göstərən vaxtlarda İ.V. Stalinlə Trotskinin mövqeləri düz gəlmədiyindən Tpotiski partiyanı tərg edərək Cənubi Amerikada mühacir həyatı sürməyə məcbur olsa da Stalinin qəddarlığından yaxaqurtara bilməmiş, mənəmlik, höcətlik, yola getməzlik sonda xoşagəlməzliklə nəticələnmişdir.

Demək istədiyim odur ki, həmkarlar bir-birilərinitənqid etmək, qınamaq, postu tərk etməklə yox, əlbir olmağa daha çox üstünlük verməlidirlər. Aralarında törənən  narazılıqlardan onları sevməyənlər öz xeirlərinə istifadə edənlər də az deyil.   MİLLİ ŞURA-da birinci liderlik uğurunda yox, C. Həsənlinin ətrafında möhkəm birləşib xalqa sərfəli işlə məşğul olmaq lazımdır.

Əgər Sinqapurtək kiçik bir ölkədə Ağsaqqallar Şurası kimi idarəcilik sistemi özünü doğrulda bilibsə, nə üçün güclü elmi potensialı olan bizim məkanınidarəedilməsində MİLLİ ŞURA özünün təstiqini tapa bilməsin?

 

                 Quliyev Elxan Sarı o.                             

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam