Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Bəzi verilişlərdəki “12+”, “18+” nə deməkdir?” -Ağacan Abiyev

 

“Bəzi verilişlər “12+”, “18+” işarələri ilə yayımlanır. Bunun mənasını isə valideynlər bilmir”. 

Yenixeber.org:   Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Ağacan Abiyev deyib. 

Ağacan Abiyev telekanallarda yayımlanan verilişlərlə bağlı narahatlığını ifadə edib:

“Proqramlar üzərində yaş kateqoriyası üzrə işarələnmə aparılmalıdır. Çünki bəzi valideynlər bu işarələnmənin mahiyyətini başa düşmürlər. Ona görə də telekanallar 5 manat artıq xərcləməli, onun izahı xüsusi titrlərlə qeyd edilməlidir”.

Komitənin üzvü Dilarə Cəbrayılova KİV-lərin uşaqlarla bağlı bəzi məlumatların yayılmasında çox diqqətli olmasını vacib sayıb: 

“Son vaxtlar uşaqlar arasında intihar halları artıb. Lakin xəbər saytları durmadan intihar halları barədə məlumatlar verirlər. Bəzi informasiyalar isə uşaqlarda narkotikaya meyl yaradır. Bəzən hansısa TV-də uşağın üzünü örtməklə onun haqqında elə geniş məlumatlar verirlər ki, onun ailəsi həmin uşağa görə yaşayış yerini dəyişməyə məcbur olur. Buna görə də belə məsələlərlə bağlı çox diqqətli olmaq lazımdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam