Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Həddi-büluğa çatmayanlar gecə 12-yə kimi restoran və barlarda qalırlar”

 

“Bu yaşda olan yeniyetmələr axşama qədər barlarda yox, idman zallarında olmalıdırlar”.

Xeberinfo.com:   Modern.az-ın xəbərinə görə, bu sözləri deputat Ağacan Abiyev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanuna əlavənin müzakirəsi zamanı deyib.

Deputat söyləyib ki, yeniyetmələr sağlamlıq imkanlarının gözəl olması üçün idmanla məşğul olmalıdırlar:

“İdman gənclərimizin həyat tərzinə çevrilməlidir. Yoxsa ki, barlara getməklə heç nə olan deyil. Həmin barın yiyəsi də qanuna əsasən başa düşsün ki, 18 yaşına çatmamış yeniyetməni saat 12-də barda saxlamaq olmaz.

Bu məsələyə görə barların yiyəsi, valideynlər cavabdehlik daşımalıdırlar. Bu uşaqlar gününü kitabxanalarda, idman zallarında keçirməlidir. Valideynlər çalışmalıdırlar ki, gənclərimiz bugünkü gənc alimlərimizdən, idmançılarımızdan nümunə götürsünlər. Ona görə də hesab edirəm ki, qanuna dəyişiklik vaxtında edilib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam