Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Astan Şahverdiyevi deputat həmkarı öldürüb?- Fakt

 

 

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev mətbuata açıqlamasında deputat həmkarı Astan Şahverdiyevin ölümündə jurnalistləri günahlandırıb

 



Yenixeber.org: A.Abıyevin bu açıqlamasındasonra onun vaxtilə A.Şahverdiyevlə bağlı dediyi sərt sözlər gündəmə gəlib.

Abıyev hələ ötən il A.Şahverdiyevin Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin qəza törətməsi haqqındayayılan məlumatları “cəfəngiyyat” adlandırmasından sonra onun ünvanına bu sözləri demişdi:

“Adama deyərlər, sən öz işindən danış da! Astan Şahverdiyev, niyə hər yerə başını soxursan?!”

O, başqa bir açıqlamasında Şahverdiyevi deputat mandatının əlindən alınacağı ilə hədələmişdi.

Abıyev növbəti açıqlamasında Milli Məclisin İntizam Komissiyasının rəhbərliyindən getməsinin Astan Şahverdiyevlə bağlı olub-olmamasını soruşan jurnalistə də “Astan kimdir ki, ona görə məni komissiyadan uzaqlaşdırsınlar?” demişdi.

Xatırladaq ki, A.Şahverdiyevin ölümündən sonra başsalığı verən Ağacan Abıyev mərhum deputatı "yaxın dostu" adlandıraraq, bu sözlərlə jurnalistləri ittiham edib:

“Bu boyda kişini jurnalistlər öldürdü. Görəsən, jurnalistlər bunu başa düşürmü? Astan Şahverdiyev sağlam adam idi. Rəhmətlik mənimlə söhbətində də deyirdi ki, haqqında yazılan fikirlərdən çox narahatdır. Haqqında yazılanlardan xilas olmaq üçün ölkədən qaçıb getmək istəyirdi. Mənə də deyirdi ki, bu cür hərəkətlərə artıq dözə bilmirəm. Bilirsiniz, səhvsiz insan olmur. Astan Şahverdiyev də bir dəfə nə isə səhv etmişdi və buna görə çıxıb üzr istədi. AstanŞahverdiyev səhv etmişdisə, bu o demək deyildi ki, onu öldürənə qədər mübarizə aparmaq lazımdır. Əgər jurnalistlərona hörmət etsəydilər, bəlkə də o bu gün yaşayırdı”.

A.Əbiyevin bu sözlərindən belə çıxır ki, əslində, onun ölümündə günahkar olanların başında Ağacan Abıyevin özü gəlir. Çünki bu gün "yaxın dost" dediyi adamı heç də jurnalistlərdən daha yumşaq tənqid etməyib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam