Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dərmanlar pulsuz verilə bilər

 Azərbaycanda qaraciyər köçürülən insanlara transplantasiya əməliyyatından sonrakı müddətdə dərmanların pulsuz verilməsi təklif edilir.

 

Bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, böyrək transplantasiyası həyata keçirilən xəstələr üçün belə bir proqram qəbul edilib. Həmin vətəndaşlara dərmanlar əməliyyatdan sonra pulsuz verilir: “Qaraciyər köçürülən insanlara isə müalicədən sonra pulsuz dərmanlar verilmir. Bununla bağlı proqram qəbul edə bilərik”.

M.Quliyev onu da qeyd edib ki, son dövrlərdə təcili tibbi yardım işçilərinin döyülməsi və təhqir edilməsi halları artıb: “Təcili tibbi yardımda çalışan tibb işçilərinin sosial və hüquqi müdaifəsi aparılmalıdır. Bunları həll etmək üçün hüquqi yollar varmı? Bəzi ölkələrdə təcili tibbi yardımda çalışanların hüquqi statusları polis işçilərinin hüququ statustuna bərabərdir”.

Deputat hesab edir ki, gələcəkdə “Pasiyentlərin və tibb işçilərinin hüquqları” haqqında qanun layihəsi qəbul eidlməldir: “Deputat həmkarlar təşəbbüs göstərərsə, işçi qrup yaradılmalıdır və bu qanun da qəbul edilməlidir. Çünki icbari tibbi sığorta daha geniş ərazidə tətbiq olunduqda bu məsələnin olması mütləq tələb olunacaq”. (trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam