Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Həbsdəki rabitəçi 4.4 milyonu geri qaytardı -Əmlakları üzərindən həbs götürülüb

mehemmed

Eldar Mahmudovun MTN-dəki mütəşəkkil cinayətkar qruplaşmasının sıradan çıxarılmasından sonra onun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki əlaltıları da ifşa edildi.

Xeberinfo.com:   Nazir Əli Abbasovun özü həbs olunmasa da, onun tabeçiliyində olan bir neçə şəxs “MTN işi” çərçivəsində həbsə alındı. Ancaq deyəsən, hakimiyyət MTN–nin cinayətkar ünsürlərindən fərqli olaraq, həbsdəki rabitəçilərə qarşı güzəştli mövqe tutur. Təxminən iki ay əvvəl “MTN işi” çərçivəsində həbs edilən Nizami Rayon Telefon Qovşağının sabiq rəisi Fətulla Seyidov azadlığa çıxdı.

Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, yaxın zamanlarda daha bir rabitəçi azadlığa qovuşacaq. Bu, “Aztelekom”un sabiq rəisi Məhəmməd Məmmədovdur. Məlumata görə Məhəmməd Məmmədov istintaq dövründə dövlətə vurduğu zərəri ödəyib. Bu məbləğ 4 milyon 400 min manat təşkil edib. Zərəri ödəyən sabiq rəisin əmlakları üzərində qoyulan həbslər də götürülüb. Mənbə Məhəmməd Məmmədovun yaxın zamanlarda azadlığa buraxılacağını deyir.

Qeyd edək ki, Məhəmməd Məmmədov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Baş direktorla birlikdə daha bir neçə vəzifəli şəxs, o cümlədən «Aztelekom»un baş mühasibi Oqtay Rüstəmov də həbs edilənlər arasındadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam