Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Almaniya İŞİD komandirini yaxalamaq əmri verdi

Xeberinfo.com:   “Welt am Sonntag” qəzetinin xəbərinə görə Almaniyada Karlsruhe Federal Baş Prokurorluğu yezidilərə qarşı aparılan qətliamla əlaqədar İŞID üzvü olan bir komandir haqqında beynəlxalq axtarış əmri çıxarıb.

Xəbərdə Federal Təhlükəsizlik Dairəsinin (BKA) bir çox qurbanın ifadəsinə uyğun olaraq İŞID-ın yüksək səviyyəli bu komandirinin şəxsiyyətinin təyin edilməsinə qərar verildiyi açıqlanıb. Qərarda bu adamın İraqın şimalında minlərlə yezidi qadın və qızı qaçırılıb kölələşdirilməsinə görə məsuliyyət daşıdığı ifadə edilib.

Xəbər verildiyinə görə, İŞID 2014-ci ildə Şenqalda minlərlə yezidi qadın və qız uşağını qaçıraraq kölələşdirib. BMT-nin bu məsələylə əlaqədar qurduğu Araşdırma Komissiyası radikal islamçıların yezidi azlıqlara qarşı hücumlarını “soyqırım” kimi qiymətləndirərək, İŞID-ın onların yox etməyə çalışdığını vurğulayıb.

Keçən il İraqdan Almaniyaya gələn yezidilərdən 29 mininin sığınacaq müraciəti qəbul edilib. Almaniya Yezidiyə Mərkəzi Şurasının verdiyi məlumatlara görə 2014-cü ilin avqustundan bu yana Almaniyaya İraq və Suriyadan təxminən 50 min yezidi gəlib. Almaniyada ümumi olaraq 200 min yezidi yaşayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam