Trump qalibdir: İlk beynəlxalq reaksiyalar
Donald Trump ABŞ prezident seçkilərinin qalibi elan olundu. O, Demokratların namizədi Hillary Clinton-a qalib gəlib.
Xeberinfo.com: BBC dünya boyunca siyasi liderlərin reaksiyalarını öyrənib.
Rusiya
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti seçilmiş Donald Trump-a teleqram göndərərək onu təbrik edib, Rossiya 24 TV Kreml mətbuat xidmətinə istinadla xəbər verir.
Cənab Putin həmçinin ABŞ-Rusiya əlaqələrinin böhrandan çıxacağına ümidini ifadə edib və Moskva və Washington arasında dialoqun bərabərlik və qarşılıqlı hörmət əsasında hər iki ölkənin maraqlarına cavab verəcəyinə inandığını bildirib.
Fransa
Fransanın ifrat sağçı Milli Cəbhə partiyasının lideri Marine Le Pen cənab Trump-ı təbrik edib: “ABŞ-ın yeni prezidenti Donald Trump-a və azad Amerika xalqına təbriklər!”, o Twitter-də yazıb.
Onun atası, partiyanın yaradıcısı Jean-Marie Le Pen deyib: “Bu gün ABŞ, sabah Fransa”, – o tvitləyib.
Malayziya
Malayziyanın Baş Naziri Najib Razak cənab Trump-ı təbrik edib və qələbənin ABŞ-ı xaricdəki müdaxilələrdə daha az iştirakını istəyən amerikalılara aid olduğunu deyib.
Cənab Nəcib deyib ki, Trump-ın prezidentliyi dövründə ölkəsinin ABŞ-la əməkdaşlığına ümid edir.
Onun ofisindən sözçü BBC-ə deyib ki, baş nazir və Donald Trump qolf dostlarıdır. Baş Nazirin ofisində, onun stuluna yaxın yerdə cənab Trumpla şəkli var. Trump ona bu sözlərlə imza atıb: “Mənim sevimli baş nazirimə”.
Almaniya
Almaniya Müdafiə Naziri Ursula Von der Leyen Donald Trump-ın seçki qələbəsini “böyük şok” adlandırıb. “Cənab Trump biləcək ki, bu səsləri ona verməyiblər, establişmentin əleyhinə veriblər”, xanım Von der Leyen deyib.
“Biz yalnız vakuum, admistrasiya dəyişikliyi mərhələsinə deyil, çox-çox suallar mərhələsinə daxil oluruq”, o deyib.
Avropa
Avropa parlamenti prezident Martin Schulz deyib ki, Donald Trump-ın ABŞ prezidenti seçilməsi işləri Avropa İttifaqı üçün çətinləşdirəcək.
“Çox çətin olacaq, əvvəlki adminstrasiyalardan da çətin, amma o, azad seçilmiş prezidentdir”, o Fransa radiosuna deyib.
Sinqapur
BBC müxbiri Liz Corbin Sinqapur hökumətinə müsahibə üçün müraciət edib və bu cavabı alıb: “İndi müsahibə verməyin bir xeyri yoxdur. Dünya boyunca hökumətlərə bu nəticəni düşünüb-daşınmaq üçün vaxt lazım olacaq”.
Şri Lanka
Şri Lanka hökumətinin sözçüsü BBC-ə deyib ki, cənab Trump-ın qələbəsi dünyada sülh üçün yaxşı xəbərdir və “dünyanın işlərinə az qarışmaq deməkdir”.
Turkey
Türkiyə Xarici İşlər Naziri Mevlut Çavuşoğlu Donald Trump-ı təbrik edib və deyib ki, Ankara ABŞ-la “inama əsaslanan münasibət və əməkdaşlığını” gücləndirəcək.