Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Əhməd Obalıya hücum Cənubi Azərbaycanın suverenliyinə qarşı yönəlib

Son günlər əslən Cənubi Azərbaycandan olan soydaşımız, hazırda ABŞ-da yaşayan Gün.az TV-nin yaradıcısı, siyasi mühacir Əhməd Obalının və onun oğlunun vəhşicəsinə döyülməsi beynəlxalq aləmdə geniş rezonans doğurub.
Yenixeber.org: Gənc yaşlarından Tehrandakı mövcud rejimə qarşı olan siyasi baxışına və fəaliyyətinə görə təzyiqlərə məruz qalaraq, Türkiyəyə oradan Avropaya və daha sonra ABŞ-a mühacirət edən Əhməd Obalıya və onun oğluna hücumun arxasında məhz İranın xüsusi xidmət orqanlarının dayandığı heç kimdə şübhə doğurmur. Bir sıra tanınmış ekspertlər də Əhməd Obalıya qarşı törədilən cinayətlərin heç də təsadüfi olmadığını və bu məsələdə məhz İran iziznin ortaya çıxacağını bildirirlər.
“Dona Gracia” diplomatiya mərkəzinin icraçı direktoru Raşel Avrahamın İsrailin “Israel Hayom” qəzetinin saytında çıxan məqaləsində müəllif “Cənubi Azərbaycanın Milli Azadlıq Cəbhəsinin Beynəlxalq Əlaqələr Komitəsi”nin sədri Əhməd Obalıya hücumun Berlində və Cənubi Azərbaycanın bir çox şəhərlərində azərbaycanlıların İranın yeritdiyi ayrı-seçkilik siyasətinə qarşı etirazlarının 17-ci ildönümünə təsadüf etməsini ironik hal kimi qiymətləndirir. Məhz bu reallıqlara əsaslalan Raşel Avraham Əhməd Obalının ABŞ-da vəhşicəsinə döyülməsinin arxasında İran hökumətinin azərbaycanlılara qarşı repressiya siyasətinin dayandığını qeyd edib.
“İran hökuməti sözügedən ildönümü ərəfəsində Azərbaycan şəhərlərinin militarizasiyası, görkəmli azərbaycanlı aktivistlərin həbsi və digərlərinin təqib edilməsi də daxil olmaqla bəzi ekstensiv tədbirlərə əl atıb”, - israilli analitik vurğulayıb.
 
Etirazların ildönümü münasibətilə yayımlanan press-relizdə İrandakı Azərbaycan əyalətlərinin sosial strukturunun pozulduğunun və bunun azərbaycanlıları məcburi köçkünlərə çevirdiyinin ehtiva olunduğuna diqqət çəkən Raşel Avraham, azərbaycanlıların Tehrandakı teokratik rejimdən cavab tələb etdiklərini yazıb.
- Hazırda İrandakı azərbaycanlılar kritik sual verməyə başlayıblar: “Əgər İran Azərbaycan türkcəsini, Urmiya gölünü, Azərbaycan meşələrini və digər təbiət qoruqlarını müdafiə edə bilmirsə, deməli, ölkədə azərbaycanlı sosial quruluşu da qorumur. Bəs onda onlar Cənubi Azərbaycanın suverenliyinə qarşı necə iddia qaldıra bilərlər?”. İran hökuməti sözügedən faktorları qorumaqla bağlı məsuliyyət götürmək əvəzinə irqi zəmində gərginlik yaratmaqla və öz ərazisini bölməklə məşğuldur. Buna görə də kritik suallar verməyin və etiraz etməyin vaxtı çatıb” , - məqalənin müəllifi bildirib.
İranın teokratik rejimi ilə onilliklər ərzində mübarizə aparan siyasi mühacir Əhməd Obalıya qarşı törədilən cinayətlə bağlı eksklüziv müsahibə verən Avropa Parlamentinin məsləhətçisi Manel Msalmi İrandakı azərbaycanlılara qarşı qeyri-insani rəftar nümayiş etdirildiyini deyib.
“İrandakı digər qeyri-fars millətlər kimi, Azərbaycan icması da öz dilini öyrənmək, öz adət-ənənəsinə və mədəniyyətinə mənsubiyyət nümayiş etdirmək hüququndan məhrumdur. Bir sıra azərbaycanlı hüquq müdafiəçilərinin əsassız şəkildə həbs olunmalarından sonra İran rejimi ölkədə yaşayan qeyri-fars millətlərə qarşı qəddarlıq və ayrı-seçkilik siyasəti, eləcə də qeyri-insani rəftar nümayiş etdirib. İrandakı azərbaycanlı əhali ən böyük etnik qruplardan biridir. Bərabər hüquq və azadlıqlar naminə mübarizə aparan azərbaycanlı fəalların hədəfə alınması rejimin qeyri-fars əhalinin qiyamlarından qorxduğunu sübut edir”, - Manel Msalmi vurğulayıb.
Sözsüz ki, Əhməd Obalının nüfuzundan, eləcə də onun Cənubi Azərbaycanın azad edilməsi yönündə etdiyi çağırışların ölkədə kütləvi azadlıq mübarizələrinin davamına təkan verməsindən qorxan İrandakı teokratik hakimiyyət onu bu terror hücumu ilə öldürməyə çalışıb. Məhz bu baxımdan da, insan haqlarının qorunması və terrorla mübarizə müstəvisində fəaliyyət göstərən insanlar Əhməd Obalıya qarşı törədilən bu cinayəti pisləyərək, onun tezliklə mübarizə meydanına qayıtmasını səbirsizliklə gözləyirlər. Soydaşımızdan müsahibə götürmüş yəhudi əsilli amerikalı jurnalist Kerolayn Qlik paylaşdığı tvitdə Obalının yaxşı bir insan və centlmen olduğunu bildirərək, onun tez bir zamanda sağalmasını arzulaması bunun əyani sübutudur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam