Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

Azərbaycanda əsas bərpa olunan enerji su, külək və günəş vasitəsi ilə əldə olunur – Nazir müavini

 “Azərbaycanın elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə bərpa olunan enerjinin payı 17%-dır. Hazırda yeni qaz stansiyası tikilib deyə bu rəqəm 16,5%-ə düşüb. Amma 2030-cu ilə qədər rəqəmləri 30%-ə qədər çatdırmağı düşünürük”.   

Yenixeber.org: Bunu açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib.  

Onun sözlərinə görə, Azərbaycanda əsas bərpa olunan enerji su, külək və günəş vasitəsi ilə əldə olunur: 

“Bundan əlavə, ölkəmizin geotermal potensialı var. Xüsusilə, Qarabağda - Kəlbəcərdə, Laçında və Şuşada o potensialımız var, amma bu, bir az bahadır. Ona görə də bizə sərf edən külək, günəş, eyni zamanda kiçik miqdarda su enerjisidir. Qarabağda kiçik su sahəsi 380 meqavat hesablanır. Amma ümumilikdə respublika üzrə quruda 27 min meqavat, dənizdə isə texniki potensial 157 min biqavat hesablanır. Bu da Azərbaycanın istehlak edəcəyi enerjidən 25-30 dəfə çoxdur”, - deyə nazir müavini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam