Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bu ölkələrdə koronavirusun yayılmadığı iddia olunur -SİYAHI

 

 

Bütün dünyada koronavirusun sürətlə yayılması, virus qurbanlarının sayının həndəsi silsilə ilə artmasına baxmayaraq, hələ də bir neçə ölkədə koronavirus rəsmi olaraq qeydə alınmayıb.

Yenixeber.org: Xarici KİV-lər xəbər verir ki, dünyanın 9 ölkəsində hələ də koronavirus aşkarlanmayıb.

Ölkələrdən 5-i Afrikada, 4-ü isə Asiyada yerləşir. Həmin ölkələr bunlardır: Türkmənistan, Tacikistan, Şimali Koreya, Yəmən, Cənubi Sudan, Malavi, Lesoto, Komor adaları və San-Tome və Prinsipi.

Qeyd edək ki, bütün bu ölkələr ya bərbad səhiyyə sistemi, ya da qapalı ölkə olmaları ilə diqqət çəkirlər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 885 600-ü ötüb. Bunların 185 226 nəfəri sağalıb, 44 216 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam