Redaktor seçimi
Koronavirusun dünya iqtisadiyyatına təsiri və onun Azərbaycan üçün nəticələri -
Ağ Evin “C” planı:
Daha bir rus yazıçıdan sensasion iddia:
Koronavirus Kəmaləddin Heydərovu bitirə bilər -
Fərhad Əhmədovdan prezidentə şikayət-
KÜRDƏMİR SAKİNLƏRİ İCRA BAŞÇISINDAN ŞİKAYƏTÇİDİR:
Muxtar Babayev islahatçı nazirdən “ekoloji terrorist”ə necə çevrildi?
Qardaşı Fuad Muradovu biabır etdi:
Günün xəbəri

Kann Festivalı koronavirusa görə təxirə salınıb-SƏBƏB

 

Kann Festivalı koronavirusa görə təxirə salınıb
73-cü Kann Festivalı bu il iyunun sonunda və ya iyulun əvvəlində keçirilə bilər.
Yenixeber.org: Kann Festivalının təşkilatçıları koronavirus epidemiyasına görə festivalın may ayının 12-dən 23-dək baş tutmayacağını bildiriblər.

“Optimizmi saxlayır və ümid edirik ki, koronavirus epidemiyasının pik nöqtəsi martın sonuna təsadüf edəcək. Ancaq vəziyyəti anlayırıq, vəziyyət dəyişməsə festival ləğv olunacaq”,-deyə festivalın prezidenti Pyer Lekür (Pierre Lescure) qeyd edib.

Kann şəhərində planlaşdırılmış bir çox böyük festivallar və sərgilər naməlum tarixə qədər təxirə salınıb.

Xatırladaq ki, 40 mindən 200 minədək professionalı birləşdirən Kann Festivalı əvvəllər də ləğv olunub. Birinci Kann Festivalı 1939-cu il sentyabrın 1-də Polşanın Almaniya tərəfindən işğalı günündə baş tutmalı idi. Ancaq iki gün sonra Fransa və Böyük Britaniya Almaniyaya qarşı müharibəyə başladıqları üçün festivalın keçirilməsi dayandırılır. Rəsmi olaraq birinci Kann Festivalı 1946-cı il sentyabrın 20-də açılır. Ancaq büdcə problemləri ilə üzləşən festivalın gələcəyi bir neçə il ərzində qeyri-müəyyən olaraq qalır və 1948 və 1950-ci illər festivalı ləğv olunur. (AzərTAc)
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}