Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

QUBA POLİSİ ƏMƏLİYYAT KEÇİRDİ:İKİ ŞƏXS HƏBS OLUNDU

 

 

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan yenixeber.org-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qanunsuz olaraq narkotik və psixotrop maddələri saxlamaqda şübhəli bilinən Xaçmaz rayonu Hacıəlibəyli kənd sakini, 44 yaşlı Malik Mehtiyev saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman sellofan torbada ümumi çəkisi 355 qram olan qurudulmuş marixuana aşkar olunub. Dindirilmə zamanı M.Mehtiyev narkotik maddəni şəxsi istifadəsi üçün qanunsuz olaraq saxladığını bildirib.

Quba RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Cağacuq kəndi ərazisində yerləşən yaşayış olmayan fərdi yaşayış evlərinin birindən ümumi dəyəri dörd min manatdan çox olan elektrik naqilləri oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun Siyəzən rayon sakini, 28 yaşlı Toğrul Güləliyev olduğu müəyyən edilib.

Saxlanılan zaman T.Güləliyev məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa çalışıb, lakin buna müvəffəq olmadığı görərək özünə xəsarət yetirmək istəyib. Polis əməkdaşları tərəfindən onun bu cəhdinin də qarşısı alınıb. Dindirilmə zamanı isə həmin şəxs cinayət əməlini etiraf edərək, oğurladığı naqilləri Siyəzən rayonu ərazisində yandırdığını, əldə olunan mis və alüminiumları rayon ərazisində fəaliyyət göstərən əlvan metalları qəbulu məntəqəsinə satdığının bildirib.

Saxlanılan hər iki şəxs barəsində Quba RPŞ-nin İstintaq Bölməsində AR CM-nin müvafiq maddələri ilə cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam