Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Ağsuda - avtomobil oğurlayan şəxs tutulub

Ağsu Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini R.Abuzərov ona məxsus “VAZ 2107” markalı avtomobilin naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə,  Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri  nəticəsində həmin avtomobili oğurlayan şəxsin  əvvəllər məhkum olunmuş Kürdəmir rayon sakini Araz Vəliyev olduğu müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, A.Vəliyev R.Abuzərova məxsus “VAZ 2107” markalı avtomaşını almaq məqsədilə avtomobilə oturub və daha sonra avtomobili qaçıraraq ərazini tərk edib. Bundan sonra A.Vəliyev avtomobili Şirvan şəhərinə aparıb və onu şəhər sakini İlqar Məmmədova satıb. Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat -axtarış tədbirləri nəticəsində hər iki şəxs Şirvan şəhərində saxlanılaraq Ağsu RPŞ-yə  gətirilib. Avtomobil isə heç bir zərər görmədən sahibinə geri qaytarılıb. İlkin dindirmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edib.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam