Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Ermənistan istehsallı məhsullar məhv edildi

 

Dövlət Gömrük Komitəsi (DGK) Ermənistandan gətirilmiş 31 butulka konyak, 51 paçka siqaret və 23 banka kofeni bu gün məhv edib.
"Xeberinfo.com":   Trend-in məlumatına görə, bunu jurnalistlərə DGK-nin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin Təhqiqat şöbəsinin rəisi Fikrət Ələsgərov deyib.
Onun sözlərinə görə, bu mallar Tovuz və Balakən gömrük idarələrinin əməkdaşları tərəfindən aşkarlanıb: “Aparılan ekspertiza nəticəsində müəyyən olunub ki, bu mallar istifadəyə yararsızdır və onların məhv edilməsi qərara alınıb”.
F.Ələsgərov qeyd edib ki, bu gün müxtəlif ölkələrdə istehsal edilmiş çeşidli məhsullardan ibarət 64,8 min qutu məhv edilib: “Məhv edilən mallar arasında 207 kiloqram kolbasa, 91 kiloqram hisə verilmiş balıq, 218 banka kürü, 611 butulka pivə və kustar üsulla hazırlanmış 864 litr şərab olub. Bundan başqa, istifadə müddəti keçmiş 446 butulka mineral su, 659 butulka limonad, 3815 sərinləşdirici və və energetik içki, eləcə də 317 butulka müxtəlif maye yağ məhv edilib”.
O, diqqətə çatdırıb ki, həmçinin insan sağlamlığı üçün təhlükəli olan 311 071 ədəd pirotexniki vasitə, 252 saxta mobil telefon məhv edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam