Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Müdafiə Nazirliyi məlumat yaydı-Generalın ölümü ilə bağlı

 

                     

                 Azərbaycan Ordusuna ağır itki üz verib.

Yenixeber.org: Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, uzun sürən xəstəlikdən sonra istefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlu 2020-ci il avqust ayının 9-da vəfat edib.
Ç.Məmmədov 15 fevral 1951-ci ildə Bakı şəhərində anadan olub.

1968-ci ildə Rostov Ali Hərbi Məktəbinə daxil olub. 1973-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edib.

1981-ci ildə F.E.Dzerjinski adına Hərbi Akademiyaya daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Divizion komandiri, qərargah rəisi, strateji təyinatlı raket qoşunlarının alay komandiri vəzifələrində xidmət edib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2003-cü ildən 2014-cü ilədək isə Müdafiə nazirinin müavini vəzifələrində xidmət edib. Ç.Məmmədov 2014-cü ildə ehtiyata buraxılıb.

Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək orden və medallarla təltif olunub və müxrəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı idi.

"İstefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlunun əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

Müdafiə naziri general-polkovnik Zakir Həsənov

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov

general-polkovnik Kərəm Mustafayev

general-leytenant Kərim Vəliyev

general-leytenant Ramiz Tahirov

general-leytenant Nizam Osmanov", - deyə başsağlığında qeyd olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam