Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Günün xəbəri

Sumqayıtın sabiq icra başçısı vəfat edib

Sumqayıtın sabiq icra başçısı dünyasını dəyişib
Sumqayıt şəhərinin sabiq icra başçısı vəfat edib.

Yenixeber.org: Məlumata görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Təvəkkül Yaqub oğlu Məmmədov 79 yaşında dünyasını  dəyişib. T.Məmmədov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Qeyd edək ki, T.Məmmədov 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımça kəndində anadan olub. Azərbaycan Neft və Kimya İnstitunu və Ali partiya məktəbini bitirib. Bakıda "Zaqfederasiya” gəmi təmiri zavodunda işləyib. Sumqayıt Polimer tikinti materialları kombinatında növbə rəisliyindən direktor vəzifəsinə kimi yüksəlib.

1976-cı ildən 1981-ci ilədək kombinata rəhbərlik edən T.Məmmədov 1981-ci ildə Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib. 1982-ci ilin iyun ayında İcraiyyə Komitəsinin sədri seçilib. Bu vəzifədə 1988-ci ilədək çalışıb. Sonra 3 saylı evtikmə kombinatının və Məişət kimyası zavodunun direktoru olub. 1995-ci ildən 2000-ci ilə kimi "Azərkimya” Dövlət Şirkətinin birinci vitse-prezidenti işləyib. Dəfələrlə Sumqayıt şəhər sovetinin və Ali Sovetin deputatı olub.

2000-2003-cü illərdə isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı işləyib.(ona)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam