Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Çin və Hindistan arasında son 45 ilin ən şiddətli toqquşması olub –35 Çin əsgəri öldürülüb

 

 Hindistanın şimal-şərqində yerləşən Ladax bölgəsindəki Qalvan Vadisində (Galwan Valley) hind və çin əsgərləri arasında baş verən qarşıdurmada onlarla Çin əsgəri öldürülüb.

Yenixeber.org: Xarici KİV-lər xəbər verir ki, bazar ertəsi axşam saatlarında Çin qüvvələri ilə şiddətli toqquşmadan sonra dörd hind hərbçinin vəziyyəti ağırdır. ABŞ kəşfiyyat mənbələri isə öldürülən Çin əsgərlərinin sayının 35 olduğunu bildirib. Mənbə xəbər verir ki, qarşıdurmaya Çinin status-kvonu dəyişdirmək üçün birtərəfli cəhdi səbəb olub: "Ölən və yaralıların dəqiq sayını müəyyənləşdirmək çətindir, baxmayaraq ki, bu sayın 40-dan çox olduğu təxmin edilir. Çin tərəfinin əsgərləri düşmənlə qarşıdurmada xeyli ziyan görüb. Öldürülənlər arasında Çin bölməsinin komandiri də var”.

Digər mənbələr isə silahlı qarşıdurmada Hindistan tərəfindən 1 zabit və 2 əsgərin öldürüldüyünü bildirir.

Xatırladaq ki, bu, son 45 ildə iki ölkə arasındakı ən şiddətli münaqişə hesab olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam