Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avropa İttifaqı ABŞ-a çağırış etdi-ÜST-lə bağlı

 

 Avropa İttifaqı Komissiyasının prezidenti Ursula von der Leyen və Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Birləşmiş Ştatları Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri kəsmək qərarını yenidən nəzərdən keçirməyə çağırıblar.
Yenixeber.org: Bu barədə onların birgə bəyanatında deyilir.

"Dünyanın COVID-19 ilə mübarizə apardığı məqamda hər kəs üçün əsas məsələ həyatı qurtarmaq, pandemiyanın qarşısını almaq və azaltmaqdır. Avropa İttifaqı bu məsələdə ÜST-ə dəstəyini davam etdirir və artıq əlavə maliyyələşdirmə edib".

Avropa İttifaqı liderləri hesab edir ki, pandemiya ilə mübarizədə qlobal əməkdaşlıq və həmrəylik ən effektiv yoldur.

Qeyd edək ki, ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə bütün əlaqələrini dayandırıb. ABŞ PrezidentDonald Tramp bildirib ki, ÜST rəhbərliyi ABŞ-ın islahatlar həyata keçirmək təklifindən imtina edib. Bu səbəbdən təşkilatla əlaqələrə son qoyulub.

Tramp, həmçinin bəyan edib ki, il ərzində ÜST üçün nəzərdə tutulan 450 milyon dollar həcmində vəsait digər səhiyyə təşkilatlarına yönəldiləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam