Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Lamiyə Aslan Aslanovu ittiham etdi: “Məni bu günə o salıb”

 

Lamiyə Quliyeva 13 il həbsdə qalmasına görə Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanovu ittiham edib

"Xeberinfo.com":  Qafqazinfo”ya istinadən xəbərə görə, Lamiyə azadlığa çıxmasına səbəb olan hər kəsə təşəkkür edib:
“Azad gəzmək, azad olmaq, azad övlad böyütmək çox gözəldir. Allah bütün dustaqlara azadlıq nəsib etsin. Təşəkkür edirəm bütün insanlara. İnsanlar çalışsınlar azadlığın qədrini bilsinlər. Mənə çətin vaxtımda bir böyük kimi əlimdən tutub kömək edən Fəxrəddin Mehdiyevə təşəkkür edirəm. Daim mənə ata qayğısı göstərib, ağladığım vaxt mənimlə ağlayıb, güldüyüm vaxt isə gülüb. Xətai Rayon Məhkəməsinin sədri Nazim Tağıyevə, Apelyasiya məhkəməsinin sədri Qədim Babayeva təşəkkür edirəm. Mən 2003-dən bu yana çox ədalətsizliklərlə üzləşmişəm".
O, 13 il həbsdə qalmasına görə Aslan Aslanovu ittiham edib: “Məni bu günə o salıb. Başıma bir çox işlər gəldi, cəza içində cəza aldım. Şükür ki, ədaləli insanlar sayəsində gec də olsa ədalət bərpa edildi. Mənə belə bir şans verildi ki, övladımı azadlıqda böyüdüm. Mən çalışacağam ki, ona gözəl tərbiyə verim. Həyatda üzləşdiyim zərbələri övladımın almamasına çalışacağam. Sakit bir həyat sürəcəyəm. Mən həyatla ölüm arasında mübarizə aparmaq üçün ana olmağa üstünlük verdim. Xahiş edirəm, cəmiyyət məni buna görə qınamasın. Mənim həbsdə olmağıma səbəb olan insanlar öz cəzalarını alacaqlar". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam