Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Koronavirusun mənşəyi sayılan şəhərdə yenidən vəziyyət gərginləşdi

 

 

Son 24 saat ərzində koronavirusa yoluxma hallarının yenidən aşkarlandığı Uhan şəhərinin Dusinhu rayonu orta təhlükə zonası kimi tanınıb.

Yenixeber.org: “RİA Novosti” xəbər verir ki, bu barədə rayon administrasiyası məlumat yayıb.

Belə ki, 4 apreldə Uhan şəhərində koronavirusa yoluxma qeydə alınmayıb. 26 apreldə xəstəxananı sonuncu pasiyent sağalaraq tərk edib.

Lakin, Hubeydə ötən gün ( 9 may - Red) ərzində virusun 16 yeni simptomsuz daşıyıcısı aşkar olunub. Hazırda bütün əyalət üzrə həkimlərin müşahidəsi altında 616 virus daşıyıcısı var. Onlar simptomsuz koronavirus xəstələridir. Dusinhu rayonunda isə 5 nəfərdə koronavirus aşkarlanıb.

Hubeydə bütün epidemiya ərzində 68 129 yoluxma (Uhanda 50 334 yoluxma) aşkar edilib, 63 616 insan sağalıb (Uhanda 46 464), 4 512 nəfər ölüb (Uhanda 3 869). Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam