Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məhərrəm Əliyev və Zakir Həsənov - cəbhə bölgəsindəki texnikanın döyüş qabiliyyətini yoxlayıblar -VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsindəki hərbi hissələrin silah və hərbi texnikasının döyüş qabiliyyətini yoxlayıblar.

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Hərbi hissələrdə şəxsi heyət üçün yaradılan şəraitlə tanışlıqdan sonra hərbi hissələrin sərəncamında olan silah və hərbi texnikanın müxtəlif növlərinə baxış keçirilib.

Hərbi hissələrin birinin ərazisində inşa olunan trenajor binasına gələn general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov ekipajların tank və piyada döyüş maşınlarının təlim-məşq qurğularında atış və sürücülük məşqlərini izləyiblər.

Müdafiə nazirinin əmri ilə döyüş texnikası təlim-həyəcan siqnalı ilə əraziyə çıxarılıb və tapşırıq uğurla icra olunub.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam