Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Zakir Həsənov və Məhərrəm Əliyev cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olublar - VİDEO

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyətinin ön xətdə yerləşən bir sıra hərbi hissələrə səfəri davam edir.

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Cəbhə bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirilib, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqələri və digər hərbi obyektlər, həmçinin bölmələrin silahlanmasında olan zirehli döyüş texnikası, aviasiya eskadrilyası və digər hərbi təyinatlı vasitələrə baxış keçirilib.

Görüşlər zamanı burada yaradılan şəraitlə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov və general-polkovnik M.Əliyev Novruz bayramı münasibətilə Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdırıblar. Görüşdə hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışılıb və bu işlərin bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırılıb. Hərbi qulluqçular və onların ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.

Sonra general-polkovnik Z.Həsənov və general-polkovnik M.Əliyev hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə maraqlanıb, onları bayram münasibəti ilə təbrik edib, işlərində müvəffəqiyyətlər arzulayıblar.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam