Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Azərbaycana qar yağıb - Faktiki Hava

Aprelin 7-si gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb.
Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, qərb küləyi Naftalanda 32 m/s, Neftçalada 28 m/s, Bərdədə 26 m/s, SalyanTərtərdə 23 m/s, Xaçmazda 22 m/s, Qazıməmməd, Tovuzda 20 m/s, AğstafaŞəmkirAğdamda 18 m/s, Mingəçevirdə 16 m/s, Bakıda 28 m/s, Maştağada 26 m/s, Çilov adası, Sumqayıtda 24 m/s, Neft Daşlarında 21 m/s-dək güclənib.



Oğuzda 41 mm (aylıq normanın 42 faizi), Balakəndə 36 mm (aylıq normanın 35 faizi), Astarada 32 mm, Qəbələdə 26 mm (aylıq normanın 24 faizi), ŞəkiYardımlıda 22 mm, Dəstəfurçay (Daşkəsən), Lənkəranda 19 mm, Gəncəçay-Qədəmiş (Daşkəsən), Sarıbaşda (Qax) 18 mm, Kürəkçay (Göygöl), Daşkəsəndə 17 mm, Kişçayda (Şəki) 15 mm, Şəmkirçay, Qalakənd (Gədəbəy), İsmayıllıda 14 mm, Kirən(Tovuz), Göygöldə 13 mm, Zaqatala, Naxçıvanda 12 mm, LerikŞahbuzAğdamGədəbəydə 11 mm, SədərəkAğdərə (Ordubad), Şamaxı, Mingəçevirdə 10 mm, ŞərurGöyçayda 9 mm, Şəmkirdə 8 mm, SalyanKürdəmirBiləsuvar, Dağkəsəmən (Qazax), Tərtərdə 7 mm, Naftalan, Bərdədə 6 mm, Neftçalada 4 mm, ZərdabOrdubadda 3 mm, Xınalıq, Şahdağda 2 mm, Qusar, Xaltan, Qrız, İmişliSabirabad, Cəfərxanda 1 mm yağış yağıb.



Qar örtüyünün hündürlüyü Yardımlıda 4 sm, Şahdağ, Sarıbaş, Kirən məntəqəsi (Tovuz), Xınalıqda 2 sm, Qrızda 1 sm olub.

Aprelin 9-dək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam