Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ-dakı heç bir Azərbaycan vətəndaşı COVID-19-a yoluxmayıb - RƏSMİ

Azərbaycanın ABŞ-dakı səfirliyi Birləşmiş Ştatlardakı vətəndaşlarımıza dəstək üçün mümkün olan bütün tədbirləri görüb, diplomatik missiya gücləndirilmiş iş rejmində çalışır.
Yenixeber.org: Azərbaycanın Vaşinqtondakı səfirliyindən verilən məlumata görə, səfirlikdə fasiləsiz “Qaynar xətt” təşkil olunub.
Bildirilib ki, vətəndaşlarımız “Qaynar xətt”ə çoxsaylı sorğularla müraciət edir və onlara operativ cavab verilir. “Qaynar xətt”ə daxil olan sorğulara operativ cavab verilməklə yanaşı, həmvətənlərimizə hüquqi yardım edilib. Eyni zamanda ABŞ-da Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlarımız bu gün AZAL-ın Nyu York-Bakı reysi ilə ölkəmizə göndəriliblər. Dövlət qurumunun internet saytı da aktiv şəkildə fəaliyyət göstərir. Belə ki, ABŞ və ölkəmizdəki mövcud vəziyyət, qəbul edilmiş qərarlar barədə rəsmi vebsayt və sosial şəbəkələrdə hesabları vasitəsilə mütəmadi olaraq məlumatlar ötürülür. Səfirliyin məlumatına görə, ABŞ-da vətəndaşlarımızdan hər hansı birinin COVID-19-a yoluxması ilə bağlı diplomatik korpusa məlumat daxil olmayıb.

ABŞ-ın Con Hopkins Universitetinin rəsmi məlumatına görə, ölkədə koronavirusa yoluxanların sayı 35 min 225, ölənlərin sayı 473 nəfərdir. Ölkədə son 24 saat ərzində virusa 8 478 yoluxma, 133 ölüm hadisəsi baş verib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam