Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Xəzərdə dalğanın hündürlüyü 4,5 metrə çatdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi iyunun 29-u axşam və 30-da Qara dəniz istiqamətindən hərəkət edən nisbətən soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti dəyişib, qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub. Qərb küləyi əsib, ayrı-ayrı yerlərdə arabir güclənib.

Yenixeber.org:Departamentdən verilən məlumata görə, düşən yağıntının miqdarı Ağdamda 23, Şahdağda, Daşkəsəndə 22, Xaltanda, Gədəbəydə 19, Zərdabda 16, Tərtərdə, Kişçayda 14, Göygöldə 13, Göyçayda, Şəmkirdə 12, Oğuzda 10, Altıağac, Quba, Şabran, Gəncədə 9, Naftalanda 8, Qusar, Kürdəmir, Tovuzda 7, Yevlax, İsmayıllıda 6, Bərdədə 5, Şəki, Mərəzə, Qəbələdə 4, Balakən, Ağdərədə 3, Qrız, Xınalıq, Xaçmaz və Ağstafada 2, Şamaxı, Mingəçevirdə 1 millimetr olub.

Ölkə ərazisində qərb küləyi əsib, arabir Naftalanda 32, Mingəçevirdə 28, Gəncədə 24, Bərdə və Ağstafada 16, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda saniyədə 19-28 metrədək güclənib.

Neft Daşları Stansiyasının məlumatına əsasən Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb.

Bu gün havanın temperaturu ayın 29-u ilə müqayisədə 8-10 dərəcə enib. Teleqraf.com

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam