Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Lamiyə anasından təkzib: “O müsahibəni mən verməmişəm”

 

“Həmin müsahibəni yəqin ki, Aslan Aslanov mənim adımdan yaydırıb

"Xeberinfo.com":  Məlumata görə, Məhkum qadını efirə çıxarmaq istəyirlər
“Məndən ANS TV müsahibə istədi, vermədim. Mən heç kimə müsahibə verməmişəm. Həmin müsahibəni yəqin ki, Aslan Aslanov mənim adımdan yaydırıb” – bu sözləri musavat.com-a məhkum Lamiyə Quliyevanın anası Kifayət Quliyeva deyib.
O, bildirib ki, dünən (fevralın 7-də) 4 saylı Cəzaçəkmə Müəssisəsində qızı ilə görüşüb: “Vəziyyəti yaxşıdır. 5-cü gün məhkəmə olacaq. Allah bizi bu hala salanın, bizi şərləyib, ömrümüzü qaraldanın ömrünü kəssin”.
Belə xəbərlər də var ki, L.Quliyevanın efirə çıxarılması üçün ona təzyiqlər olunur. Məhkum qadını efirə çıxarmaqla, bu günə qədər yazılanların dolayısı ilə də olsa, təkzib edilməsi, Aslan Aslanovun “təmiz”ə çıxarılması məqsədi güdülür.
Qeyd edək ki, bir gün əvvəl azvision.az saytı L.Quliyevanın anasının adından müsahibə yayımlayıb. Maraqlıdır ki, həmin müsahibədə Lamiyə Quliyevanın anasının adı Kifayət Quliyeva deyil, Ulduz Quliyeva kimi təqdim olunub.
Xatırladaq ki, L.Quliyeva və onun nişanlısı olmuş V.Əliyev 2003-cü ilin may ayında o dövrdə Şəmkirin icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu biliniblər. Məhkəmənin qərarı ilə L.Quliyeva 10 il müddətinə, V.Əliyev isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
L.Quliyevanın həbs müddəti 2012-ci ildə 5 il 6 ay müddətinə uzadılıb. Əgər bu qərar olmasaydı, 15 yaşında həbs olunan məhkum qadın 2013-cü ilin may ayında həbsdən azad edilməli idi. Belə iddialar var ki, L.Quliyevanın həbs müddəti A.Aslanovun sifarişi ilə uzadılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam