Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Onda günah yoxdur, balası ölüb…”

 

 

Həbsxanada zorlandığı bildirilən, uşaq dünyaya gətirən Lamiyə Quliyevlə bağlı hamının marağına səbəb ola biləcək material yayılıb.

"Xeberinfo.com":  Məlumata görə, AZNEWS.AZ Kənd Təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanovun oğlunu öldürən Lamiyə Quliyevanın iki il əvvəl çəkilən videosunu əldə edib. Videoda Lamiyə Quliyeva həbsxanaya düşməsinin acısından danışır, belə bir taleyi heç kimə arzulamadığını deyir. O, danışığı zamanı ad çəkməsə də, Aslan Aslanovla bağlı fikirlərini açıqlayır: “Valideynlərin heç bir günahı yoxdur. Valideyn neyləsin, lap övladı pis də olsa… Əlbəttə ki, balası ölüb… Acığından nə desə edə bilər… Baladı, əzizdi”.

O, dolayısı ilə olsa da baş verən hadisədən peşmançılıq çəkmədiyini vurğulayıb:“İstəməzdim hər şey bu cür alınsın. Peşmançılıq ona görə çəkirəm ki, mamam tək qalıb, özüm azadlıqdan məhrum olmuşam, tay-tuşumdan seçilmişəm”.

Bildirək ki, video İctimai Televiziyanın 2013-cü ildə məhkumlarla bağlı hazırladığı verilişdən götürülüb. Həmin vaxt Lamiyə ictimaiyyət üçün bu qədər maraqlı fiqur olmadığından bu, diqqət çəkməyib.

Xatırladaq ki, L.Quliyeva və onun nişanlısı olmuş V.Əliyev 2003-cü ilin mayında o dövrdə Şəmkirin icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu biliniblər. L.Quliyeva 10 il, V.Əliyev isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

L.Quliyevanın həbs müddəti 2012-ci ildə 5 il 6 ay müddətinə uzadılıb. Əgər bu qərar olmasaydı, məhkum qadın 2013-cü ilin mayında azad olunmalı idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam