Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ruslarla almanlar Qarabağda ermənilərə konsert verəcək

 

Ermənistan, Rusiya, Almaniya və Argentinadan olan musiqiçilər Azərbaycanın işğal olunmuş ərazilərində konsert verəcəklər.

"Xeberinfo.com":  APA-nın “Novosti Armenia”ya istinadən verdiyi məlumata görə, bu gün İrəvanda, fevralın 6-da isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Xankəndi şəhərində “Music for peace” (“Sülh naminə musiqi”) layihəsi çərçivəsində konsertlərin keçirilməsi planlaşdırılır.

Mətbuata verilən açıqlamada qeyd olunub ki, turnedə iştirak edəcək musiqiçilərə bundan sonra Azərbaycana giriş qadağası ilə üzləşə biləcəkləri deyilib, lakin bu, onları dayandırmayıb.

Xankəndidə keçirilməsi planlaşdırılan konsertin və “master-klass”ların afişası turnenin rəsmi “music-peace.com” saytında da yerləşdirilib. Afişada fortepiano ifaçısı Mariya Nemtsova və saksofon ifaçıları Vitali Vatul, Dmitri Uvarov, Yevgeni Novikov və Xuan Manuel Dominqesin adları qeyd olunub.

Saytda layihənin UNESCO və SMPBank tərəfindən dəstəkləndiyi də əksini tapıb, loqoları yerləşdirilib.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam