Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Ərdoğan və Putindən İdlib mesajı:“Vəziyyət çox gərgindir”

Ərdoğan və Putindən İdlib mesajı: “Vəziyyət çox gərgindir”
Suriyanın İdlib bölgəsində vəziyyət o dərəcədə kəskinləşib ki, məsələ Rusiya və Türkiyə liderləri arasında birbaşa danışıqların aparılmasını tələb edir.
Yenixeber.org: Bu barədə Moskvada Türkiyə PrezidentRəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə Rusiya Prezidenti Vladimir Putin deyib.

"Həmişə olduğu kimi, danışacağımız məsələlər var, amma indi İdlibdəki məşhur zonada vəziyyət o qədər kəskinləşib ki, bu, əlbəttə birbaşa şəxsi söhbətimizi tələb edir", - deyə Putin bildirib.

Türkiyə Prezidenti Rəcəb Ərdoğan isə danışıqların nəticəsinin İdlibdəki vəziyyəti yüngülləşdirəcəyinə inandığını hesab edir: "Şübhəsiz ki, İdlib danışıqları ilə əlaqədar bugünkü görüşümüzün əhəmiyyəti böyükdür. Həqiqətən, İdlibdə vəziyyət çox gərgindir. Bütün dünya bu gün gözlərini Moskvaya dikib. İnanıram ki, bu gün atılacaq addımlar və qərarlarımız vəziyyəti yüngülləşdirəcək”.

Xatırladaq ki, bu gün Türkiyə PrezidentRəcəb Tayyib Ərdoğan Moskvaya səfər edib. Səfərin əsas məqsədi İdlibdəki gərginlik fonunda Suriya böhranının müzakirə edilməsidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam