Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sumqayıt hadisələrindən yazan jurnalist mətbuat konfransı keçirə bilər

 

 

 Yenixeber.org: Bu fikirləri Rusiya büromuza açıqlamasında Moskvadakı Azərbaycan icmasının sədri Şamil Tağıyev deyib.“Erməni diasporuna, səfirliyinə və erməni lobbisinə xidmət edənlərə tutarlı cavab vermək lazımdır. Bunun üçün Lev Əsgərovu Moskvada mətbuat konfrası keçirmək üçün Rusiya paytaxtına dəvət etmək istəyirik”.

Onun sözlərinə görə, “Nezavisimaya qazeta”da dərc olunan məqalə dəlillər əsasında yazılıb və sübutu var: “Ermənistanın Rusiyadakı səfirliyinin hərəkətləri Rusiyada mətbuat azadlığına qarşı çıxmaq kimi qiymətləndirilir. Məqalədə keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin arxiv sənədləri yer alıb və məlumat tarixi faktlarla sübuta yetirilib”.

Ş.Tağıyev ermənipərəst qüvvələrin “Nezavisimaya qazeta” ilə mübarizəsini Rusiya cəmiyyətindən həqiqətləri gizlətmək olduğunu bildirib.

Xatırladaq ki, 1988-ci ilin Sumqayıt hadisələrinin ildönümü ərəfəsində “Nezavisimaya qazeta”da jurnalist Lev Əsgərovun “Sumqayıt faciəsi. Nədən başlayıb və necə olub” adlı məqaləsi dərc olunub. Bundan sonra Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Rusiya Baş Prokurorluğuna müraciət edərək jurnalist L.Əsgərovun və redaksiyanın cəzalandırılmasını tələb edib. Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları isə bu məsələnin araşdırılması üçün Rusiya Baş Prokurorluğuna müraciət ediblər.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam