Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazirlik - koronavirusla bağlı valideynlərə müraciət etdi

Nazirlik koronavirusla bağlı valideynlərə müraciət etdi
Təhsil Nazirliyi valideynlərə müraciət edib.
Yenixeber.org: Bu barədə Nazirliyin "Telegram" səhifəsində məlumat verilib. Məlumatda bildirilir ki, martın 3-dən 9-dək təhsil müəssisələrində tədris dayandırılıb. Tədrisdə fasilənin yaranmasına səbəb koronavirus infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində intensiv tibbi-profilaktik tədbirlərin görülməsidir:

"Bununla əlaqədar qeyd olunan müddətdə aşağıdakı tövsiyələri nəzərə almağınız sizdən xahiş olunur:

1. Ev şəraitində əsas profilaktik tədbirlərə ciddi riayət edin (sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun, soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmasda olmayın, hərarətiniz olarsa və ya tənəffüs zamanı çətinlik çəkərsinizsə, dərhal həkimə müraciət edin);

2. Övladlarınızı insanların toplaşdığı qapalı məkanlara (ticarət və əyləncə mərkəzləri, şənlik, mərasimlər və s.), hər hansı kütləvi tədbirlərə, ekskursiyalara və ya səyahətə aparmayın.

3. Övladlarınıza keçirilmiş dərsləri təkrar etməyə və tapşırıqlar yerinə yetirməyə şərait yaradın. Bu məqsədlə Təhsil Nazirliyinin müxtəlif elektron resurslarından istifadə edə bilərsiniz (e-derslik.edu.az, e-resurs.edu.az, trims.edu.az, video.edu.az və s.).

4. Məsələ ilə bağlı Təhsil Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının rəsmi məlumatlarını mütəmadi olaraq izləyin.

Xatırladaq ki, tədris fasiləsindən sonra ilk dərs günü martın 10-u müəyyən edilib”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam