Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsmayıllı sakinlərindən silah götürüldü -Fotolar

 

 

İsmayıllı sakinlərində qanunsuz saxladıqları ov tüfəngləri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə uğurlu əməliyyat tədbirləri keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Minkə kənd sakini Səbuhi Həsənovdan “İJ-18”, Aşağı Zərnava kənd sakinləri-Zinhar Allahverdiyevdən “İJ”, Qədir Adıgözəlovdan “Tula”, Elçin Pənahovdan “TOZ-63” , Yenikənd kənd sakinləri Bəxtiyar və Sədri Bəbirovların hərəsindən 1 ədəd “TOZ-63” markalı müvafiq sənədləri olmayan, qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam