Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müşfiq Rəhimova yeni vəzifə verildi

 

Nömrə biznesini idarə edən şəxsə yeni vəzifə verildi

Bir müddət əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsindən azad edilən Müşfiq Rəhimova yeni vəzifə verilib.

Yenixeber.org: Məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə M. Rəhimov BDYPİ-nin “Siqnal” idarəsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, uzun illər BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini olan, polkovnik Müşfiq Rəhimov öz raportuna əsasən, vəzifəsindən azad olunaraq sərəncama götürülmüşdü. 

Onun rəhbərlik etdiyi idarə yol polisində ən çox narazılıq olan qurumlardan biri idi. Vəzifədən azad olunduğu vaxta qədər M. Rəhimov haqda mediada onlarla neqativ xəbərlər yayılıb. Sözügedən polkovnik yol polisində nömrə və sürücülük vəsiqəsi biznesini idarə edən şəxs hesab olunurdu. Onun bu “biznes” hesabına böyük var-dövlətə sahib olduğu da iddia edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam