Bu gündən“Mobil məhkəmə” istifadəyə verilir
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması ilə bağlı mütərəqqi islahatlar həyata keçirilir, bu sahədə innovasiyalar tətbiq olunur. Əminliklə söyləyə bilərik ki, respublikamızın hərtərəfli inkişafına uyğun olaraq aparılan müasir məhkəmə-hüquq islahatlarının müəllifi məhz Prezident İlham Əliyevdir.
Yenixeber.org: Bu sözlər dekabrın 24-də - dövlətimizin başçısının doğum günündə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Fairmont” otelində keçirilmiş ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasında növbəti mühüm addım və məhkəmə istifadəçiləri üçün çox faydalı olan “Mobil məhkəmə” proqram təminatının geniş ictimai təqdimatı zamanı səsləndirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin, Prezident Administrasiyasının, Məhkəmə-Hüquq Şurasının, Vəkillər Kollegiyasının məsul şəxsləri, Milli Məclisin deputatları, hakimlər, prokurorlar, sahibkar və bank sektorunun təmsilçiləri, ictimaiyyətin, vətəndaş cəmiyyəti institutlarının və çoxsaylı KİV nümayəndələri iştirak ediblər.
Təqdimatı açan Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət inkişafı kursunu uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın demokratik inkişaf yolu ilə inamla irəlilədiyini, bütün sahələrdə qazanılan nailiyyətləri qeyd edib, məhkəmə-hüquq sistemindəki islahatlardan və yeniliklərdən danışıb. Bildirilib ki, dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafı üçün mühüm “yol xəritəsi” olub və ötən müddətdə xeyli işlər görülüb. Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə artıq bir sıra yeni, o cümlədən bu ərəfədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, habelə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi, özəl məhkəmə ekspertizası institutunun yaradılması ilə bağlı mühüm qanunlar qəbul olunub.
Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq “Elektron məhkəmə” informasiya sisteminin funksionallığının artırılması üzrə əməli tədbirlər görülüb, o cümlədən məhkəməyə əlçatanlığın asanlaşdırılması məqsədilə kompüterə qoşulmadan məlumatları dərhal əldə etməyə, prosesdə mobil qaydada iştiraka və sair imkan verən “Mobil məhkəmə” proqram təminatı işlənib hazırlanıb. Ölkəmizdə rəqəmsal transformasiyanın daha bir nümunəsi olaraq yaradılan “Mobil məhkəmə”nin dünyada tətbiqinə çox az rast gəlinir və demək olar ki, Azərbaycan bu sahədə birincilər sırasındadır.
Tədbirdə mobil məhkəmə barədə təqdimat nümayiş etdirilib. Məlumat verilib ki, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması yolunda növbəti mühüm addım və məhkəmə istifadəçiləri üçün çox faydalı hədiyyə olan “Mobil məhkəmə” məhz bu gündən – dekabrın 24-dən istifadəyə verilir. Artıq bu tarixdən etibarən vətəndaşlar “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından mobil qaydada istifadə edəcək və faydalana biləcəklər.
Digər çıxış edənlər məhkəməyə əlçatanlığın asanlaşdırılması məqsədilə məlumatları mobil qaydada dərhal əldə etməyə imkan verən “Mobil məhkəmə” proqram təminatının istifadəyə verilməsini yüksək qiymətləndiriblər.
Sonra sual-cavab sessiyası keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.