Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Səkkiz ailə üzvü ilə namizəd olan bələdiyyə sədrindən-imtina qərarı

Səkkiz ailə üzvü ilə namizəd olan bələdiyyə sədrindən imtina qərarı

Əmircan bələdiyyəsinin hazırkı sədri, YAP üzvü Rafael Cəfərov bələdiyyə seçkilərində namizədliyini geri götürüb.

Yenixeber.org: Bu haqda məlumatı həmin bələdiyyəyə namizədliyini irəli sürmüş jurnalist Famil Fərhadoğlu deyib.

O, qeyd edib ki, bir neçə gün öncə jurnalist araşdırması nəticəsində aşkarlamışdı ki, Əmircan Bələdiyyəsinin sədri Rafael Cəfərov və qohumları namizəd olduğum 32 saylı üçüncü Seçki Dairəsində 23 Dekabr Bələdiyyə Seçkilərində namizəd kimi mübarizə aparacaqlar. “Bu məsələ sosial şəbəkələrdə ictimailəşəndən və mətbuat yazandan sonra ictimai qınaq öz sözünü dedi. Belə ki, Əmircan Bələdiyyəsinin sədri, qohumları və bələdiyyənin işçiləri (yalnız sədr müavini istisna olmaqla) namizədliklərini geri götürüblər. Beləliklə Mərkəzi Seçki Komissiyasının siyahısında Əmircan Bələdiyyəsi uğrunda mübarizə aparacaq namizədlərin sayı 64-dən 52-yə düşüb”.

Xatırladaq ki, bir ailədən 8 nəfərin namizədliyinin irəli sürülməsi ictimai  qınaqla qarşılanmışdı. YAP üzvü Rafael Cəfərov bələdiyyə seçkilərində ailə üzvlərindən və yaxın qohumlarından ibarət 8 nəfərin namizədliyini irəli sürməklə “ailə bələdiyyəsi” yaratmağı düşüünürdü. Rafel Cəfərovun özü, qızı, oğlu, iki bacısı, iki qardaşı və iki yaxın qohumu namizəd kimi qeydə alınmışdı. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam